Blog nasıl oluşturulur? Blogger eklentileri, Blogger temaları, Blogla ilgili yazılar, Blog nedir? Blog türleri, Youtube kazançları, İnternetten nasıl para kazanılır? En iyi, Seo makaleler, İnternetten para kazanmanın yöntemleri, Para kazanma, Blog yazarlığı, Bilgi, Bloglar hakkında, Okunan blog, Blog ayarları, Blog yayınları, Blog yazıları, Enteresan bilgiler

dissertasiya işi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
dissertasiya işi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

23 Ocak 2020

Aqrar sektorun investitisiya fəaliyyətində bankların iştirakı sahəsində xarici təcrübənin öyrənilməsi və onun tətbiqi sahələri


GİRİŞ
Mövzunun aktuallığı: Müasir iqtisadiyyatı və onun inkişafını banklarsız təsəvvür etmək mümkün deyil. Hazırki dövrdə isə bankların bu sahədəki rolu daha da artmışdır. İqtisadiyyatın müxtəlif sahələrində istehsalın, ticarətin, xidmətlərin və digər sahibkarlıq fəaliyyətinin davamlı inkişafı, onun müntəzəmliyi pul vəsaitləri ilə təminatın, pul vəsaitlərinin hərəkətinin çevikliyini tələb edir. Bu isə öz növbəsində, məlum olduğu kimi kommersiya banklarının funksiyalarına aiddir. Bir sözlə iqtisadiyyatın inkişafı, bunun əsas amili olan sahibkarlıq fəaliyyətinin genişlənməsi bankların inkişafı ilə, onların fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması ilə düz mütənasib şəkildə qarşlıqlı asılıdır. Bankların həm də istehsal və xidmət sahələrini kredit resurslan ilə təmin etməsini, zəmanət, akkreditiv, faktorinq, lizinq və digər bu kimi xidmətləri də göstərməsini nəzərə alsaq, onların qeyd edilən sahədəki rolunun, iqtisadi əhəmiyyətinin müasir iqtisadi inteqrasiyalar, rəqabət, beynəlxalq ticarətin genişlənməsi, maliyyə resurslarının hərəkətinin qlobal xarakter alması şəraitində get-gedə yüksəlməkdə olduğunu deyə bilərik.
Bank fiziki və hüquqi şəxslərdən depozitlərin depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tağşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.
Müasir dövrdə investisiya qoyuluşlarından istifadənin səmərəliliyinin artırılmasının təmin olunması məqsədilə ölkənin mövcud əmək ehtiyatlarından təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək, aqrar sektorda islahatları dərinləşdirmək , əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində daima sistemli tədbirlərin həyata keçirilməsi işinin davam etdirilməsini tələb edir.  
Mərkəzi Bankın həyata keçirdiyi maliyyə sabitliyi siyasəti bank sisteminin maliyyə dayanıqlığının qorunmasına və maliyyə vasitəçiliyinin genişlənməsinə yönəlmişdir. Həyata keçirilmiş siyasət nəticəsində bankların kapitalizasiyası üzrə yol xəritəsi uğurla icra edilmiş, bank sektorunun rəqabət qabiliyyəti yüksəlmiş və maliyyə dərinliyi artmışdır.
Qarşıda duran əsas məsələ müasir şəraitdə bank sektorunun sabitliyinin təmini, rəqabətin qlobal xarakter aldığı, liberallaşdınna şəraitində yerli bankların bazardakı mövqeyinin qorunub saxlanması, gücləndirilməsi və sairədir. Ayrı-ayrılıqda kommersiya banklarının inkişafı isə onların fəaliyyətinin iqtisadi inkişaf prosesləri ilə uzlaşdırılması, korporativ idarəetmənin təkmilləşdirilməsi, risklərin idarə edilməsi, likvidliyin yüksəldilməsi, xidmətlərin keyfıyyətinin artırılması və nəhayət investisiya fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi kimi vəzifələri qarşıya qoyur.
Hazırda dünya iqtisadiyyatı qeyri-müəyyənliklərin artması, zəif iqtisadi artım, məzənnələrin qeyri-sabitliyi, enerji qiymətlərinin kəskin aşağı düşməsi, dünya maliyyə sistemində struktur çatışmamazlıqları, investorlar üçün həlledici olan makroiqtisadi mühitin pisləşməsi, ciddi siyasi qeyri-müəyyənlik və s. ilə səciyyəvi olmuşdur. Təbiidir ki, bu proseslərin neqativ təsirləri dünyanın tərkib hissəsi olaraq Azərbaycan iqtisadiyyatından da yan keçməmişdir. Belə bir şəraitdə yeni çağırışlara cavab olaraq keçid dövrünü artıq başa çatdırmış Azərbaycan Respublikasının qarşısında dayanan strateji vəzifələrdən biri neftdən asılılığın minimuma endirilməsi, daha şaxələndirilmiş, yüksək rəqabət qabiliyyətliliyə, məhsuldarlığa və səmərəliliyə malik ixrac yönümlü iqtisadiyyata transformasiyanın sürətləndirilməsindən ibarətdir.Bu vəzifə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, elm tutumlu iqtisadiyyatın formalaşdırılması, makroiqtisadi sabitliyin qorunması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, özəl sektorun dəstəklənməsi, qabaqcıl texnologiyaların və təcrübənin tətbiqi, insan kapitalının inkişaf etdirilməsi, xarici ticarət və investisiyaların təşviqini nəzərdə tutur.
Son illərdə hökumət aqrar sektorun inkişafı və investitisiyaların dəstəklənməsi istiqamətində əhəmiyyətli qərarlar verməkdə və tədbirlər həyata keçirməkdədir. Bu siyasət sənədində hökumətin son qərar və tədbirlərinin ölkədə biznes əsaslı investisiya fəallığına nail olmaq və davamlı iqtisadi artımın yeni mənbələrini ortaya qoymaq baxımından qiymətləndirilib, habelə hökumətin stimullaşdırıcı investisiya siyasətinin gücləndirilməsi istiqamətində tövsiyələr işlənilib.
Azərbaycanda xarici investisiyalar üçün münbit şərait formalaşmışdır, lakin bu investisiyalar daha çox neft-qaz sektoruna qoyulmuşdur.Bu baxımdan Azərbaycan iqtisadiyyatının ixrac potensialını gücləndirəcək və idxaldan asılılığını azaldacaq qeyr-neft sektoruna - kənd təsərrüfatı, sənaye, xidmət sektoruna xarici investisiyaların daha böyük həcmdə cəlb edilməsinə nail olmaq başlıca vəzifələrdən biri hesab edilir.
Hazırda dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır, onların cəlb edilməsi istiqamətində fəallıq daha da güclənir, dövlətlər bütün mümkün stimullaşdırıcı vasitələrdən istifadə etməklə daha əlverişli investisiya mühiti təklif etməyə və bununla da qlobal investisiya axınlarından daha çox yararlanmağa çalışırlar. Dünya investisiya bazarında formalaşmış belə bir kəskin rəqabət şəraitində Azərbaycan iqtisadiyyatına, xüsusilə də aqrar sektoruna daha çox investisiya cəlb edilməsinə şərait yaradacaq effektiv stimullaşdırma tədbirlərinin hazırlanması və tətbiq edilməsi mühüm aktuallıq kəsb edir.
Problemin qoyuluşu və öyrənilmə səviyyəsi: Aqrar sektorda investisiya fəaliyyətində bankların fəallığı məsələləri  istiqamətlərinin nəzəri və metodoloji əsasları qərb iqtisad elminin klassiklərinin : C.Keyns, C.Xiks, A.Marşall, M.Miller, F.Modilyani , M.Fridman , N.Puqu , U.Şarpa və digərlərinin elmi nəşrlərində araşdırılmışdır. İnvestisiyanın aspektləri, maliyyələşmə də daxil olmaqla bir sıra alimlərin Y.Yakovça , L.Artemov və digərlərinin elmi tədqiqat işində öz əksini tapmışdır.
İnvestisiya problemləri, iqtisadi artım, yığımlar və onların tənzimlənməsi mexanizmi iqtisadçı alimlər tərəfindəndaima elmi araşdırmaların aparılmasını tələb edir. Ümumiyyətlə, investisiya qoyuluşuna çoxtərəfli proses kimi baxmaq lazımdır.
Belə ki, investisiya fəaliyyəti qarşılıqlı faydalılığa, yəni həm obyektə, həm subyektə (investora) mənfəət gətirməlidir.
Azərbaycanın aqrar sektora investisiya yatırımlarında bankların rolunun yüksəldiləsi , Azərbaycan iqtisadiyyatının neft sektorundan asıllığının azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan dövlət siyasətinin uğurla reallaşdırılmasında böyük əhəmiyyətə malikdir. Azərbaycan respublikasının aqrar  sektoruna investisiyaların cəlb edilməsi və bu sahədə bankların fəaliyyəti probleminin ayrı-ayrı aspektləri və parametrləri yerli və xarici müəlliflərin əsərlərində tədqiq edilmiş və öyrənilmişdir. Bu sahədə yazılmış elmi əsərlərin, elmitədqiqat işlərinin əhəmiyyətini azaltmayaraq qeyd etmək lazımdır ki, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi problemi ayrıca tədqiqat obyekti kimi az işlənilmişdir. Bu səbəbdən dissertasiya mövzusunun tədqiq edilməsi zərurəti yaranmışdır.
Tədqiqatın məqsəd və vəzifələri: Tədqiqatın əsas məqsədi milli iqtisadiyyatın inkişafında xüsusi rola malik olan bankların aqrar sektorda investisiya qoyuluşunda bankların fəaliyyətinin təhlili və onun qiymətləndirilməsindən ibarətdir. Həmçinin aqrar sektorunda investisiyaların və investisiya mühitinin müasir vəziyyətini kompleks tədqiq etməklə investisiya qoyuluşunun stimullaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində təkliflərin hazırlanmasından ibarətdir.
 Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur:
Ø     Aqrar sektorda investisiya axınları və investisiya qoyuluşlarının nəzəri-metodoloji əsaslarının tətqiq olunması;
Ø     Bankların investisiya qoyuluşu qərarlarının qəbuluna təsir edən amillər: metodları və dünya təcrübəsinin araşdırılması;
Ø     Azərbaycanda aqrar  sektorda bankların rolunun mövcud vəziyyətinin təhlil olunmasl
Ø     Azərbaycanın aqrar sektorunda investisya qoyuluşlarının kompleks şəkildə qiymətləndirilməsi
Ø     Azərbaycanda aqrar sektoruna investisiya qoyuluşu qərarlarının qəbulu mexanizminin modernləşməsi istiqamətlərinin müəyyənləşdirilməsi;
Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini  aqrar sektor, predmetini isə bu sferada bankların investisiya fəaliyyətinin mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi prosesi təşkil etmişdir.
Tədqiqat metodları: Materialların qiymətləndirilməsi  zamanı analiz, sintez, həmçinin iqtisadi-müqayisəli təhlil, ümumiləşdirmə, qrafik-statistik tədqiqatlar üsullarından istifadə olunmuşdur.
Tədqiqat üzrə elmi işin araşdırılmasında bir neçə metodlar analiz – sintez, induksiya - deduksiya metodlarından istifadə edilmişdir. Analiz metodunda mövzu tam olaraq götürülmüş və daha sonra başlıqlara bölünərək ayrılıqda təhlil olunmuşdur. Daha sonra  sintez metodu ilə bu başlıqlar iqtisadi sistemdə toplanmışdır. İnduksiya metodu ilə dissertasiya işi barəsində iqtisadi faktlar yığılmış, araşdırılmış və sistemləşdirilmişdir. Bundan sonra deduksiya metodu ilə  həmin toplanan faktlarla nəzəri nəticə, prinsiplər, başqa sözlə, əməli fəaliyyətlərə görə lazımi tövsiyyələr müəyyən olunmuşdur. Materialların qiymətləndirilməsi  zamanı həmçinin iqtisadi-statistik təhlil, müqayisəli təhlil, ümumiləşdirmə, qrafik tədqiqatlar üsullardan istifadə edilmişdir.
Tədqiqatın informasiya bazası: Tədqiqatın informasiya bazasımüxtəlif internet resursları, elmi jurnallar, xarici və yerli kitablar, fərqli dilllərdə yazılmış məqalələr, həmçinin. Azərbaycan respublikası Prezidentinin fərman və sərəncamları, Milli Məclisin qəbul etdiyi qanunlar, Nazirlər Kabinetinin qərarları, Mərkəzi Bankın hüquqi aktları və digər normativ-hüquqi sənədlər, Dövlət Statistika Komitəsinin, İqtisadi İnkişaf Nazirliyinin məlumatları tışkil edir.
Tədqiqatın mədudiyyətləri: tədqiqatın aparılması üçün nəzəri və metodoloji çatışmazlıqlar, zəruri informasiya bazasının yetərsizliyi və s.
Tədqiqatın elmi yeniliyi: Tədqiqatın elmi yeniliyi aqrar sektorda bankların investisiya fəaliyyətinin nəzəri metodoloji əsaslarının yeni proseslər baxımından öyrənilməsi, aqrar sektorda investisiya fəaliyyətinin müasir iqtisadi proseslərə uyğunlaşdırılması mexanizminin, həmçinin bu sferada bank sisteminin müasir inkişaf meyllərinin tədqiqi əsasında investisiya fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətlərinin göstərilərək əsaslandırılmasından ibarətdir.
Bu istiqamətdə aşağıdakı konkret nəticələr əldə edilmişdir:
Ø     aqrar sektorda bankların investisiya fəaliyyətinə təsir göstərən və müasir iqtisadi proseslərdən doğan əsas amillərin müəyyənləşdirilərək, təsirinin qiymətləndirilməsi;
Ø     aqrar sektorda bankların investisiya fəaliyyətinin müasir iqtisadi inkişaf prosesləri ilə uzlaşdırılması yollarının göstərilməsi;
Ø     aqrar sektorda bankların hüquqi tənzimlənməsi prosesinin müasir tələblərə uyğunlaşdırılması
Ø     aqrar sektorda zəruri risklərdən qorunması strategiyaların əsaslı şəkildə işlənib hazırlanması və əsaslandırılması;
Ø     aqrar sektorda bankların investisiya siyasətinin Azərbaycanın iqtisadi inkişaf xüsusiyyətlərinə uyğun prioritetlərinin müəyyənləşdirilməsi və əsaslandırılması;
Ø     aqrar sektorda Azərbaycan kommersiya Banklarının müasir investisiya xidmətlərinin təhlili;
Ø     aqrar sektorda bankların investisiya siyasətinin səmərəliliyinin yüksəldilməsində korporativ idarəetmənin təkmilləşdirilməsinin əhəmiyyətinin əsaslandırılması;
Nəticələrin əhəmiyyəti və tətbiq sahələri: Əldə edilmiş nəticələrdən aqrar sektorda bankların fəaliyyətinin tənzimlənməsində, kommersiya banklarında investisiya siyasətinin formalaşdırılmasında, fəaliyyət strategiyasının hazırlanmasında, eyni zamanda dissertasiyada irəli sürülmüş elmi-nəzəri fikir və nəticələrdən “Bank fəaliyyəti” mövzuları üzrə tədris prosesində istifadə edilə bilər. Əldə edilmiş nəzəri və praktiki müddəalardan, tövsiyyələrdən, konkret ümumiləşdirmələrdən bankların investisiya siyasətinin təkmilləşdirilməsində, bankların investisiya siyasətinin hazırlanmasında istifadə oluna bilər.
Azərbaycanın aqrar sektoruna investisiyaların cəlb edilməsinin problem və perspektivlərinin elmi tədqiqat obyekti olaraq öyrənilməsinin həm elmi, həm də praktiki əhəmiyyəti vardır. Məsələnin elmi praktiki tərəfi ondan ibarətdir ki, investisiya fəaliyyəti ilə aqrar sektor arasında qarşılıqlı münasibətlərin öyrənilməsi zamanı müəyyən metodologiya formalaşır. Bu elmi yanaşma problemin öyrənilməsi üçün əsas təşkil edə bilər. Həmçinin, mövzu geoiqtisadi və praktiki olaraq da böyük əhəmiyyətə malikdir. Bilavasitə, Azərbaycan Respublikasının qeyri-neft sektorunda investisiya fəaliyyətinin dəyişmə dinamikası tədqiq edilir. Həmin dəyişmə dinamikasının izlənilməsi investisiya fəaliyyətinin aktivləşdirilməsi istiqamətində yeni imkanlar açır. Eyni zamanda işin praktiki əhəmiyyəti ondan ibarətdir ki, problemin araşdırılması zamanı hazırlanan təklif və tövsiyələr qeyri-neft sektorunda dövlətin iqtisadi siyasətinin reallaşmasında öz təsirini göstərə bilər.


I FƏSİL.
1.1.  Aqrar sektorun investitisiya fəaliyyətində bankların iştirakı sahəsində xarici təcrübənin öyrənilməsi və onun tətbiqi sahələri

İnvestsiya məfhumuna bir daha belə izah verə bilərik: ―İnvestisiya dedikdə mənfəət əldə etmək məqsədi ilə ölkə daxilində və xaricində sənaye, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinə uzun müddətli vəsait qoyuluşu başa düşülür‖ . Bu zaman müvəqqəti sərbəst pul vəsaitlərinə malik olanlarla bu vəsaitə ehtiyacı olanlar arasında əlaqə yaratmaq zərurəti yaranır və bu əlaqə kommersiya bankları, investisiya, pensiya fondları, sığorta şirkətləri vasitəsilə olur. Bu prosesdə kommersiya bankları aparıcı rola malikdir.
Banklar üçün ən vacib məqsədlərindən biri keyfiyyətli inkişaf və maliyyə sabitliyinin təminatı və gəlirliliyin fəaliyyətinin səmərəliliyinin artırılması sayəsində görülən addımlardan ibarətdir. İqtisadi ədəbiyyatda bankların investisiya fəaliyyəti əsasən mikroiqtisadi aspektdə bankın özünün investisiya əməliyyatlarının öyrənilməsi baxımından nəzərdən keçirilir. Sovet iqtisadi ədəbiyyatında bankların investisiya fəaliyyəti dedikdə, uzunmüddətli ssuda kapitalının səfərbər edilib borcalanlara təklif edilməsi başa düşülürdü.
J.M.Keynes və onun tərəfdarları olan Schneider, Lohman, Richti kimi alimlər isə investisiyanı: pul ehtiyatlarının müxtəlif istehsal vasitələrinə çevrilməsi kimi ifadə etməklə, onu makroiqtisadi baxımdan dəyərləndirirlər.
V.M. Usoskinin qeydlərində deyilir ki, bank investisiyalarına örtülmə məqamı 1 ildən yuxarı olan qiymətli kağızlara aiddir. İnvestisiyalar iki cür anlaşıla bilir. Belə ki, həm kommersiya bankının ehtiyatlarının yerləşdirmə istiqamətləri kimi, həm də gəlir əldə etmək məqsədilə pul vəsaitlərinin müddətli yerləşdirilməsi üzrə əməliyyatlar kimi başa düşülür. Birinci halda investisiyalara kommersiya bankının aktiv əməliyyatlarının bütün kompleksi aid edilir. İkinci vəziyyətdə, yəni, gəlir əldə etmək məqsədilə pul vəsaitlərinin müddətli yerləşdirilməsi üzrə əməliyyatlar kimi baxıldıqda isə bura onun müddətli tərkib elementi aid edilir.
Xarici ədəbiyyatda bank sferasında investisiya fəaliyyətinə aşağıda göstərilən iki tip xidmətlərin göstərilməsi üzrə biznes kimi baxılır:
Ø     qiymətli kağızları onların birincili bazarına yerləşdirməklə və ya qiymətli kağızları buraxmaqla nəğd pulun artırılması;
Ø      ikincili bazarda mövcud qiymətli kağız alıcılarının və satıcılarının əlaqələndirilməsi.
Bank sferasında investisiya fəaliyyətinə iki aspektdən yanaşmaq mümkündür. İqtisadi subyekt (bank) nöqteyi-nəzərdən investisiya fəaliyyəti bankın gəlirlərinin artırılmasını hədəf götürmüşdür. Makroiqtisadi aspektdə investisiya fəaliyyətinin effekti ictimai kapitalın artımına nail olunmasından ibarətdir. bankların investisiya prosesində iştirakını öyrənərkən bankların investisiya fəaliyyətinin ikili xarakterini nəzərə almaq lazımdır.
Aqrar sahənin tənzimlənməsində investisiya siyasətinin həyata keçirilməsində banklar mühüm rol oynayır. İnvestisiya siyasəti bir qayda olaraq geniş təkrar istehsalın reallaşdmlmasına, istehsalın intensivləşdirilməsinə istiqamətlənir və bu məqsədlə aşağıdakı tədbirləri həyata keçirməsini özündə əks etdirir:
-  investisiya kreditləri dövlətin faiz stavkalannm subsidiyalaşdınlması;
-  aqrar sahədə fəaliyyət göstərən əmtəə istehsalçılarına investisiya kreditlərinin verilməsi;
-  aqrolizinqin investisiyalaşdınlması;
-  investisiya institutlarının inkişafı və yaradılmasına əlverişli şəraitin təmin edilməsi;
-  kənd təsərrüfatı əmtəə istehsalçılarının maliyyə fəaliyyətinin stimullaşdırılması məqsədilə ixrac subsidiyalarının verilməsi;
-  kənd təsərrüfatı məhsul istehsalının həyata keçirilməsi məqsədilə idxal olunan xammalın gömrük rüsumlarından azad edilməsi;
Aqrar sektorada investisiyanın qiymətləndirilməsinin əsas məqsədi - bank kreditlərinin alınması bank kreditləşməsinin inkişafı dəqiq və obyektiv mənzərəsini verən bir neçə əsas və ən informativ parametrlərinin dəyişdirilməsi, kredit portfelinin strukturunda, o təhlükəliliyi və kredit əməliyyatlarının gəlirlilik səviyyəsini artırır. Belə informasiya bank kreditləşməsinin səmərəliliyi kompleks təhlilinin aparılması nəticəsində əldə oluna bilər. Kreditin səmərəli həyata keçirilməsinin təhlili onun inkişaf istiqamətlərini izləmək imkanı verir və idarəetmə qərarlarının arasında bağlayıcı formalaşmasına xidmət edir və birbaşa kreditlərin verilməsi üzrə fəaliyyəti həyata keçirir.
İnvestorlar daha çox fərdi ailə təsərrüfatlarını maliyyələşdirməyə daha maraqlı görsənirlər. Burada əsas məqsəd kənd təsərrüfatının inkişafı aqrar sahənin genişlənməsinə gətirib çıxardır bu isə sonradan sərmayəçilərə yeni kreativ planların irəlidə geniş gəlirlilik gətirmə prinsiplərini fərdi sahibkara aşılamaqla onunla birgə iş qurmaq siyasətini həyata keçirməkdir.
Bankların investisiya əməliyyatları bankın cəlb etdiyi vəsaitlərin yerləşdirilməsi üzrə müxtəlif mənbələr real hesab edilir və bu əməliyyatın xarakterindən asılı olaraq bu mənbələr tərəfindən keçirilən investisiya əməliyyatlarının təsnifatını aparmaq olar.
İnvestisiya əməliyyatları üzrə borcalanların (subyektlər) əsas qrup müxtəlif əlamətlər üzrə təsnif etmək olar, ilk növbədə:
1)                     Dövlət hakimiyyət orqanları (dövlət qiymətli kağızları) sərmayə
2)                     Kommersiya bankları (banklararası kreditlər) sərmayə
3)                     Sənaye və kənd təsərrüfatı (kommersiya kreditləri) investisiyaları
4)                     Korporativ qiymətli kağızlara investisiyalar
Kommersiya bankları sərmayədən gəlir əldə etmək deyil eyni zamanda müştərilərə etibarlı xidmət göstərməklə öz imicinidə qorumaq siyasəti aparır. Məqsəd fiziki şəxlərin banklara olan etibarını artırmaqla öz investisiya siyasətini qalqın köməyilə ilə tətbiq etməkdir.
Bunun üçün o, maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin keçirilməsi və s lizinqi üzrə kredit xətti açmaq, avadanlıq qoymaq gərəklidir.
Aqrar sahibkarlıq və digər fəaliyyətlərə yönəldilmiş pul vəsaiti, məqsədli bank depoziti, səhm və digər qiymətli kağızlar, əmlak, intellektual mülkiyyət və sairə bank investisiyası hesab edilə bilər. Bəzən bankların investisiya fəaliyyətinə gəlir əldə edilməsi məqsədilə müəyyən müddətə pul vəsaitinin yerləşdirilməsi üzrə bütün əməliyyatlar aid edilir, başqa sözlə, bankların bütün aktiv əməliyyatları investisiya hesab edilir. Əslində isə bu yanaşma düzgün deyildir. Belə ki, mərkəzi bankda olan vəsaitlər kimi aktivlər, bank üçün işləmədiyinə görə investisiya hesab oluna bilməz.
Hal-hazırda investorlar daha tez verimli sahibkarlıq fəaliyyətinə vəsait qoyurlar. Əsas vəsait qoyuluşunun kredit metodu ilə aparılması daha önəmli hesab edilir. Bu vəsaitin qaytarılmaqlı olması ilə əlaqədardır. Bankların investisiya əməliyyatları onların fəaliyyətinin digər istiqamətlərindən xüsusi də müştərilərin kreditləşdirilməsi əməliyyatlarından fərqlənir.
Bankların investisiya prosesində iştirak etmə zəruriyyəti bank sisteminin və ümumilikdə iqtisadiyyatın uğurla inkişaf etməsinin qarşılıqlı asılılığından irəli gəlir. Banklarının investisiya prosesində iştirak etməsinin əsas istiqamətləri aşağıdakılardır:
1) vəsaitlərin investisiya məqsədi ilə banklar tərəfindən səfərbəredilməsi;
 2) investisiya xarakterli kreditlərin təqdim edilməsi və vəsaitlərin qiymətli kağızlara yatırılması (paylar və pay iştirakı, həm bank hesabına həm də müştərinin tapşırığı ilə)
Aqrar sektorda investisiya-gəlir əldə etmək məqsədi ilə uzun müddətli kapital qoyuluşudur. Bütün dünyada həm inkişaf etməkdə olan və həm də inkişaf etmiş ölkələrdə investisiyalar qoyulur. Hər il dünya təsərrüfatında 2.0-3 trl. ABŞ dolları dəyərində ivestisiya qoyuluşları həyata keçirilir. Əsas investisiya ixrac edən ölkələr dünyanın inkişaf etmiş 7 sənaye ölkəsidir- ABŞ, Fransa Almaniya, İngiltərə, İtalya, Yaponiya və Kanada.
Ümumdünya Bankı iqtisadiyyatda dörd isahat modelini fərqləndirir.
1. Postsosialist sənayə modeli- bu model əvvəllər mərkəzləmiş qaydada planlaşdırma və bölüşdürmənin həyata keçirildiyi MDB ölkələri və Baltikyani ölkələr üçün xarakterikdir.
2. Latınamerika modeli- bu iqtisadi sabitliyin və ticarətin liberallaşdırılmasının birləşməsi ilə xarakterizə olunur. Bu Latın Amerikası, Cənub-Şərqi Asiya, Yaxın Şərq və Şimali Afrikanın əksər ölkələrini əhatə edir.
3. Afrika modeli- Afrika ölkələrində islahatların aparılmasını əhatə edir. Bu ölkələrin iqtisadiyyatında aparılan islahatlar iqtisadi geriləmənin qarşısını almaqdan ibarətdir.
4. Asiyanın aqrar ölkələri modeli ( Çin, Vyetnam) – bu model Filippin və digər bu kimi ölkələr balanslaşdırılmış artımla iqtisadi model həyata keçirirlər. Onlar kənd təsərrüfatının prioritet inkişafında digərlərindən fərqlənir. Belə ki, İndoneziya , Malaziya, Tayland yüngül və ağır sənayenin inkişafının dəqiq texnologiya ilə keçidini nəzərdə tuturlar.
Analizin nəticələrinə görə təxminən dünyanın 140 aparıcı pərakəndə bankları Boston *Consulting Group (BCG) tərəfindən məlum olub ki, investitisiya gəlirlərinin bankların gəlirlərinin ümumi kütləyə növbəti təsiri: 2012-ci ildə - 48%, 2015-ci ildə 52%, 2018-ci ildə - 50% təşkil etmişdir. Bölgələrdən asılı olaraq bu göstəricilər fərqlidir. Belə ki, onda asiya banklarında 28% -i, əgər 2015-ci ildə ABŞ-da bu göstərici 59% təşkil edib.
Araşdırmalar göstərir ki, investisiyaları cəlb etməsi sferasına maliyyə siyasətinin kifayət qədər geniş yayılmış 3 modeli fərqləndirilir ki, bu modellər də bir-birindən əsas etibarilə tənzimlənmənin xarakteri müəssisələr kapitalın cəlb edilməsinin metodları və mənbələrin strukturu, eləcə də investorların davranışı ilə yarana bilən xüsusiyyətlər baxımından müxtəlifliyə malik olurlar.
Bu baxımdan investisiyanın cəlb edilməsi sferasından maliyyə institutlarının bir- birindən fərqlənən 3 modelini aşağıdakı kimi xarakterizə etmək olar:
-  İngilis, Amerikan modeli (ABŞ, Böyük Britaniya);
-  Kontinental model (Almaniya, Yaponiya);
-  Tayvan modeli.
Adı çəkilən modellərdən istifadə zamanı bu və ya digər maliyyə vasitələrdən istifadə edilir ki, bu isə özünəməxsus müsbət və destruktıv cəhətlərə malikdir. Belə ki, maliyyə siyasətinin müxtəlif modellərinin mövcudluğu ilk növbədə hər bir ölkənin maliyyə sisteminin fərqli olması, eləcə də hər bir ölkənin tarixi xüsusiyyətləri, geopalitik mövqeyi, iqtisadi İnkişafının səviyyəsi və iqtisadi sisteminin xarakteri ilə sıx bağlıdır.
Cədvəl 1. Beynəlxakq təcrübədə investisiyaların cəlb edilməsi sferasında maliyyəinstitutlarının siyasəti modellərinin xarakteristikası

Xarakteristika
İnvestisıyaların cəlb edilməsi sferasında maliyyə siyasətinin modelləri
İngilis-Amerkan
Alman-Yapon
Tayvan
Maliyyə
İnstitutları
Fond birjaları
Bank və kredit təşkilatları
Müxtəlif maliyyə institutuları
İnvestisiya
mənbələrinin
strukturu
Maliyyə resurs-larının ümumi struk-turunda cəlb edil-miş kapitalın üstünlük təşkil etməsi
Maliyyə resurs-larının ümumi strukturunda borc kapitalının üstünlük təşkil etməsi
Xarici kapital və məhsul satışından əldə edilən mənfəət
İnvestisiya
siyasətinin
kordinasiyası
İqtisadiyyatın inkişafının mövcud vəziyyəti və proq-nozları haqqında informasiyanın toplanması ilə bağlı məsələlərin kordi-nasiyasını dövlət öz üzərinə götürür


Dövlətin kordinasiya funksiyaları resursların müəs-sisələrə güzəştli şərtlərlə veril-məsini, əmtəə istehsalçılarına informasiya-məsləhət xidmət-lərinin göstəril-məsini özündə əks etdirir.

Dövlət innovasiya texnoloji proseslərin maliyyələşdirilməsi, eləcə də infrastruk-turun təşkili ilə bağlı fəaliyyət həyata keçirir
Modelin üstünlü
Bu model investi-siya resurslarının səmərəli bölüşdü rülmə sini təmin edir
Bu model səmə-rəli investsiya fəaliyyətinin həyata keçiril-məsində mövcud resursların səfər-bərliyə alınmasında əhəmiyyətli rol oynayır.
Bu modelin tətbiqi zamanı innovasiyalann investisyalaşdırıl-ması üstünlük təşkil edir
Modelin
çatışmamazlığı
Əmanətlərə stimulların olmaması
yığımın kəskin artırılması ilə bağlı stimulların olmamaı
Aparıcı pul-kredit parametr-lərində mümkün arzuolunmaz dəyişikliklər

İxrac sahələrinin iqtisadiyyatın digər sahələri ilə müqayisədə üstün inkişafı
Mənbə: Əliyev V. N.  (2015) “Bankların aqrar  sektorda investisiya cəlbediciliyini tənzimlənməsi problemləri”  //İqtisadiyyat.-2018.- 6-10 may. s.3-5

Cədvəldən göründüyü kimi, qeyd olunan modellər bir-birindən əsas etibarilə bazarın kapitallaşma səviyyəsinə, maliyyələşmənin modellərindən istifadə dərəcəsi baxımından fərqlənir. Aşağıdakı cədvəldə müxtəlif modelə malik olan ölkələrdə ümumi daxili məhsulun fond bazarının kapitallaşmasına nisbəti öz əksini tapmışdır. Bu isə ilk növbədə yeni texnologiyaların tətbiqi baxımından yaranan yeni kapitalın, əsas kapitalın dəyərinə nisbəti ilə də xarakterizə edilir.
Cədvəl 2.Müxtəlif ölkələrdə kapitallaşma göstəriciləri
Ölkələr
Bazar kapitalının ümumi daxili məhsula nisbəti
Yeni kapitalın dəyərinin əsas kapitalm dəyərinə nisbəti
Almaniya
28%
3,6%
Fransa
38%
5,0%
Yaponiya
67%
1,4%
Böyük Britaniya
143%
17,8%
ABŞ
112%
19,4%
Rusiya
9%-ə yaxın
-
Mənbə: Əliyev V. N.  (2015) “Bankların aqrar  sektorda investisiya cəlbediciliyini tənzimlənməsi problemləri”  //İqtisadiyyat.-2018.- 6-10 may. s.3-5

Aparılan araşdırmalar göstərir ki, müxtəlif ölkələrin şirkətləri kapitalın strukturunda kəskin fərqlərə malikdirlər. Bu da əsas etibarilə həmin ölkənin milli xüsusiytlərindən bilavasitə asılı olur. Maliyyə siyasti çərçivəsində iqtisadiyyatın bu və ya digər sahələrinə investisiyaların cəlb edilməsi prosesinə qloballaşma prosesi də əhəmiyyətli dərəcədə təsir göstərir. Məhz bunun nəticəsidir ki, son illər müxtəlif ölkələrin kapital bazarlarında mövcud olan modellərin inteqarsiyası prosesləri müşahidə olunmaqdadır. İlk növbədə birbaşa xarici investisiyaların məhdudiyyətsiz axımının güclənməsi, eləcə də transmilli kooperasiyların fəaliyyətinin genişlənməsi və internet şəbəkələrinin geniş şəkildə istifadə edilməsi İlə sıx bağlıdır, İnternet şəbəkələrinin kapitalın cəlb edilməsi ilə bağlı təsir qüvvəsi kifayət qədər geniş vüsət almaqdadır.
Qeyd etmək lazımdır ki, iqtisadiyyatın stabilləşdirilməsinə qədərki mərhələdə xüsusilə aqrar ərzaq sənaye kompleksi müəssisələrinin banklarda investisya hesablarının formalaşdırılması zəruri idi. Təbii ki, bütün bunlar müəyyən şərtlər daxilində olmalıdır ki, ilk növbədə də buraya indeksasiya yolu ilə əsas fondların yenidən qiymətləndirilməsinin həyata keçirilməsi, eləcə de əsas fondların yenidən qiymtləndirilməsi zamanı onun yeniləşdirilmə dərəcəsinin artırılması əsas götürülməlidir. Əsas vəsaitlərin dəyərinin yeniləşdirilməsi zamanı təbii ki, onların natural əşya formasında və dəyər ifadəsində qiymətləndirilməsi nəzərə alınmalıdır. Bundan əlavə daxili yığım proseslərinin stimullaşdırılmasımn maliyyə metodlarına bir qayda olaraq müəssisənin amortizasiya siyasətinin dəyişməsi də şamil edilir.
Bazar iqtisadiyyatı şəraitində respublika iqtisadiyyatının inkişafı ilk növbədə pul-kredit sahəsində radikal islahatların aparılmasından və bu sahədə investisiya fəaliyyətinin aktivləşməsindən asılıdır. Ölkə iqtisadiyyatına investisiya resurslarının axını əsasən neft-qaz sənayesinə yönəldilməsi nəticəsində digər sahələrdə investisiya «qıtlığı» olmuşdur. Qeyd etmək lazımdır ki, respublikanın aqrar sahəsində investisiya qıtlığı perspektiv dövrdə ərzaq probleminin həllində müəyyən çətinliklər törədə bilər. İnvestisiya qoyuluşlarının aqrar sahədə qıtlığı son nəticədə kənd təsərrüfatında kütləvi işsizliyin yaranmasına səbəb ola bilər. Kənd təsərrüfatında bu problemin həlli istiqamətlərindən biri aqrar sahəyə daxili və xarici investisiyaların cəlb olunmasını sürətləndirməkdən, səmərəli investisiya mühitinin formalaşmasından ibarətdir.
Son illər respublikamızda aqrar istehsalını stimullaşdırılması xeyli aktivləşdirilmişdir. Göstərmək olar ki, pambıqtəmizləmə zavodlarının özəlləşdirilməsi və xarici kapitalın buraya cəlb olunması, Bakı tütün kombinatına 50 mln. ABŞ dolları məbləğində xarici investisiyaların qoyulması respublikamızda aqrar sənayenin inkişafına müsbət təsir etmişdir. Bu sahədə investisiya qoyuluşu emal sənayesində 700 iş yerlərinin bərpasına, aqrar sahənin tütünçülük bölməsində isə 20 mindən çox kənd əhalisinin cəlb olunmasına, pambıqçılıq rayonlarında işsizliyin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir.
Aqrar sahədə uzunmüddətli kreditləşdirmə sistemin tətbiqi və bütövlükdə aqrar, sənaye istehsalının inkişafında iqtisadi faktorların geniş şəkildə yayılmasını xarakterizə oluna bilən ipoteka kreditlərinin cəlb edilməsi həm də kənd təsərrüfatı əmtəə istehsalçılarının maliyyə vəziyyətinə dövlət müdaxiləsinin başlıca vaistəsi kimi də dəyərləndirilməlidir. Xüsusilə, aqrar sənaye istehsalının gələcək dövrdə inkişaf etdirilməsi, ilk növbədə, aqrar sahənin maliyyələşdirilməsinin əsas mənbələrinin müəyyənləşdirilməsini özündə əks etdirən etibarlı və çevik mexanizmin formalaşdırılmasım zərurətə çevirir.
Təbii ki, hazırki şəraitdə kənd təsərrüfatı əmtəə istehsalçılarının maliyyə resurslarına olan tələbatının ödənilməsi məqsədilə, onlann investisiyalaşdınlması, xüsuılə burada büdcə resurslarından istifadə edilməsi daha çox önəm daşıyır, təbii ki, kənd təsərrüfatımın investisiya cəlbediciliyinin aşağı olması, eləcə də aqrar sahənin dövlət təminatı mexanizminin yetərli olaraq, inkişaf etməməsi, nəticə etibarilə, yalnız dövlət büdcəsindən məqsədli proqramlar çərçivəsində kənd təsərrüfatına büdcə investisiyalarının ayrılmasını təmin edə bilər.
 Təbii ki, xarici kapitalın sahənin spesifik xüsusiyyətləri və azgəlirliyi baxımından kənd təsərrüfatına uzunmüddətli vəsait yönəltməsi inandırıcı görünə bilmir. Eyni zamanda yerli kommersiya strukturları, daha doğrusu, kommersiya bankları da sahənin investisiya cəlbediciliyinin, eləcə də adı çəkilən digər neqativ tendensiyaların və ən nəhayət, risklərin kifayət qədər sığortalanmaması səbəbindən kənd təsərrüfatında irimiqyaslı investisiyalar həyata keçirə bilmirlər.
Odur ki, hazırki mərhələsində kənd təsərrüfatının maliyyə-kredit mexanizminin təkmilləşdirilməsi məqsədilə, dövlət büdcəsindən iri miqyaslı vəsaitlərin ayrılması, kənd təsərrüfatının istehsal infrastrukturunun ve bazar infrastrukturunun müasir tələblərə uyğunlaşdırılınası vacibdir. Kənd təsərrüfatı əmtəə istehsalçılarının maliyyə vəziyyətinin sabitləşdirildiyi şəraitdə investisiyaların strukturundakı nisbətlər də dəyişəcəkdir. Belə ki, fıkrimizcə, növbəti situasiyalarda dövlət büdcəsindən ayrılan vəsaitin xüsusi çəkisinin 20%, yerli büdcədlərdən ayrılan vəsaitin 40%, bank kreditlərinin 10%, müəssisənin əsasnöv xüsusi vəsaitəlrinin 25%, digər investisiyaların xüsusi çəkisinin isə 5% olacağı təxmin edilə bilər.
Beynəlxaql təcrübədə maliyyə-sənaye qruplarının yaradılması  kənd təsərrüfatında geniş təkrar istehsalın istehsal mərhələsindən tutmuş istehlakçıya qədər çatdınlana qədərki bütün prosedurlarda əhəmiyyətli rola malikdir və bu şəbəkə götürdükdə, ərzaq məhsullarının istehsalının inkişafına investisiya qoyuluşlarının həyata keçirmək iqtidarındadır.
Qeyd etmək lazımdır ki, kənd təsərrüfatı bütövlükdə emal sənayesinin mühüm xammal bazası kimi çıxış edir. Bu baxımdan emal sənayesinin inkişaf etdirilməsi daha çox yerli xammala əsaslanmalıdır ki, bu da nəticə etibarilə əhalinin məşğulluğunun təmin edilməsinə və əhali gəlirlərinin atırılmasma əlverişli şərait yaradır. Mehz bu aspektdən yanaşdıqda emal sənayesinin mühüm xammal bazası olan kənd təsərrüfatında maliyyə resurslamın təmərküzlşdirüməsi mühüm əhəmiyyət kəsb edən məqamlardandır ki, bu sahədə də bankalrın  investisiya siyasətinin əsas istiqamətləri, adı çəkilən sahələrin maliyyələşdirilməsinə və həmin sahələrdə kapital resurslarına olan tələbatın ödənilməsinə istiqamətlənməlidir.
Maliyyə təminatının formalaşdırılması və eləcə də iqtisadiyyatın ayn-ayn sahələrinə maliyyə resurslarının cəlb edilməsində müxtəlif kanallardan istifadə edilir ki, bu kanalların da son nəticədə, investisiya proseslərinə çevrilməsi, bütövlükdə dövlətin və iqtisadi strukturların fəaliyyətindən bilavasitə asılıdır. Təhlil göstərir ki, əhalinin əmanətlərinin investisiyaya çevrilməsində banklar önəmli rol oynayır. Belə ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kredit kooperasiyalarının effektiv fəaliyyət göstərməsi və inkişafı təkmil qanunvericilik bazasına əsaslanmalıdır. Bu isə ilk növbədə, kreditlərin kooperativ istiqamətlərinin formalaşdınlmasımn bu cəhətdən təsdiqlənməsi ilə sıx bağlıdır. Təhlil göstərir ki, kənd təsərrüfatı əmtəə istehsalçılarının fəaliyyətinə maliyyə resurslarının cəlb edilməsində investisiya bankları da prioritet rola malikdir. İnvestisiya bankları ilə dövlət arasında qarşılıqlı əlaqələr, bir qayda olaraq, aşağıdakı əsasda reallaşdırılır:
-  investisiya məqsədlərinə yönəldilən dövlət resurslarının müəyyən hissəsinin investisiya banklarına verilməsi;
-  müxtəlif banklar vasitəsilə institusional investisiyaların dəstəklənməsi.
Makroiqtisadi nöqteyi-nəzərdən bank sisteminin çoxukladlılığı, bir qayda olaraq, böhranlı situasiyaların effektiv şəkildə qarşılanmasında, eləcə də iqtisadiyyatın ayrı-ayn sektorlarının və regionların bank xidmətlərinə olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayır. Qısamüddətli perspektivdə bank sferasındakı mövcud vəziyyətin normallaşdırılması məqsədilə, kredit ittifaqlarına, kooperativlərə və qarşılıqlı kreditlər verən cəmiyyətlərə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Problemə bu aspektdən yanaşdıqda, aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərində kreditləşmənin təşkili məqsədilə, aşağıdakı prinsiplər ön plana çəkilməlidir:
-  bank sistemində çoxukladlılığın təmin edilməsi;
-  elmi-texniki tərəqqinin en yeni nailiyyətlərinin tətbiqi, təsərrüfat subyektlərinin modernləşdirilməsi və rekonstruksiyasının təmin edilməsi məqsədilə, investisiya xarakterli kreditlərin genişləndirilməsi;
-  təsərrüfat subyektlərinin istehsal proseslərinin həyata keçirilməsi üçün zəruri olan maddi-texniki bazanı zənginləşdirmək üçün kreditlərin verilməsi;
-  regionlar çərçivəsində bu və ya digər istehsal sahələrinin güzəştli kreditlərin verilməsinin prioritet istiqamətlərinin stimullaşdırılması və onun sahələr üzrə diferensiallaşdınlması;
-  aqrar sahədə fəaliyyət göstərən müəssisələrin geniş təkrar istehsal prosesini həyata keçirməsi məqsədilə, güzəştli faiz stavkalan ilə kommersiya banklarından verilən kreditlərin müəyyən hissəsinin dövlət büdcəsindən kompensiasiya olunması;
-  müəyyən kredit növləri üzrə, o cümlədən ipoteka, investisiya kreditləri, bu və ya digər əmlakın girov qoyulması yolu ilə dövlət kreditlərinin verilməsi zamanı kredit institutlarının funksional diferensasiyasmın həyata keçirilməsi.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, aqrar sahənin maliyyə-kredit resurslarının cəlb edilməsində kooperativ aksiyalar bazan da önəmli rol oynayır. Lakin qeyd etmək lazımdır ki, transformasiya prosesini yaşayan ölkələrdə kooperativ aksiyalar bazan, demək olar ki, maliyyə resurslarının real investisiyalara çevrilməsi ilə bağlı funksiyalara yerinə yetirə bilmir. Məhz bunun nəticəsidir ki, kooperativ qiymətli bütövlükdə investisiyaların 1%-i hesabına maliyyələşdirilir. Bu baxımdan transformasiya prosesini yaşayan ölkələrin fond bazarlarında, demək olar ki, səhm kapitalının xırda bir hissəsi dövriyyəyə buraxılır. Bu baxımdan müasir şəraitdə aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin əksəriyyəti aşağı emissiya aktivliyi ilə fərqlənir. Aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin emissiya fəaliyyətinə mənfi təsir göstərən amillərin sistemləşdirilməsi və habelə, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən stimullaşdırıcı tədbirlərlə bağlı məsələlər aşağıdakı cədvəl 3.1.-də öz əksini tapmışdır:

Cədvəl 3. Aqrar sahədə fəaliyyət göstərən təsərrüfat qurumlarının emissiya fəaliyyətinin stimullaşdırılması ilə bağlı tədbirləri
Aqrar sahədə fəaliyyət göstərən, təsərrüfat qurumlarının fond bazarlarına daxıl olmasını əngəlləyən səbəblər
Problemin mahiyyəti
Aqrar sahədə sahibkarlıq subyektlərinin emissiya fəaliyyətinin stimullaşdınlması ilə bağlı dövlət tədbirləri göstərən təsərrüfat qurumlarının
Aşağı gəlirlilik
İstehsalın rentabelliyinin aşağı olması imılvasiyalardan məhdud şəkildə istifadəni, elmi-texniki tərəqqinin en yeni nailiyyətlərinin istehsalata tətbiqini və təsərrüfat subyektlərinin informasiya bazarına çıxışım məhdudlaşdırır.
Yüksək səmərəli ve innovasiya texnologiyalarına əsaslanan istehsal ve satış layihələrini işləyib hazırlamaq məqsədilə aqrar sahədə fealiyyet gösterən təserriifat subyektlərinin elmi- texniki və işgüzar informasiyaların əldə edilməsində köməkliklərin göstəriliməsi
Aşağı likvidlilik
Kapital qoyuluşlarını həyata keçirən emitent müəssisələrin maliyyələşdirilməsi və investorların gəlirlərin əldə edilməsi atasında uyğun suzluğım mövcudluğu
İstiqraz vərəqələrinin əldə edilməsi ile bağlı faizlərin ödənilməsinə çəkilən xərclərin müəyyən hissəsinin dövlət büdcəsindən kompensasiya edilməsi və eləcə də investisiya-vergi kreditlərinin verilməsi
Etimadın aşağı olması
İnvestorların aqrar ərzaq kompleksi müəssisələrinə qiymətli kağızların assiqnasıyası ilə bağlı maliyyə. resurslarının qaytarılmasına təhdidlərin mövcudluğu, həmçinin investisiya edilmiş maliyyə resurslarının alıcılıq qabiliyyətinin aşağı olması
Səmərəli girov sisteminin formalaşdırılması, dövlət təminatının reallaşdırılması.

Emissiyalann məhdud həcmi
Aqrar ərzaq kompleksində fəaliyyət göstərən ayn-ayn müəssisələrin məcmu kapitalının həcminin aşağı olması
İnteqrasiya və kooperasiya proseslərinin inkişafı. İnvestisiyaların cəlb edilməsi ilə bağlı - investisiya maliyyə konsorsiumlarının yaradılmasında dövlət orqanlarının iştirakı
Təşkilatlanmış fond bazarlarına daxil olma problemləri
Xüsusilə, kənd təsərrüfatı əmtəə istehsalçıları üçün emissiyalann həcminin aşağı olması, qiymətli kağızların emissiyası və yerləşdirilməsi ilə bağlı təşkilati və təsərrüfat xərclərinin yüksək olması
Aqrar sahə müəssisələrinin emissiya fəaliyyətini tənzimləyən qanunvericilik aktının qəbul edilməsi, regional investisiya proqramlarının hazırlanması və reallaşdırılması
informasiya məsləhət xidmətinin səviyyəsinin aşağı olması
Emissiya proseslərinin təşkili ilə bağlı nəzəri və praktik məsələlərin həlli ilə bağlı məsləhət xidmətlərinin məhdudluğu
Qiymətli kağızlar bazarının iştirakçılarına qiymətli kağızların yerləşdirilməsi ilə bağlı aidiyyatı dövlət orqanları tərəfindən informasiya məsləhət xidmətlərinin göstərilməsi
Aqrar sahədə əhalinin əmanətlərinin inves ti s iy alaşdınl ması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməməsi
Aqrar sahənin müəssisələrinin qiymətli kağızlarına əhalinin tələbinin aşağı olması
İnvestisiya və qeyri-dövlət pensiya fondlarının, əhaliyə xidmət edən sığorta şirkətlərinin geniş şəbəkəsinin yaradılması; investorlara investisiya vergi kreditlərinin, güzəştlərin, subsidiyaların, dövlət təminatlarının verilməsi
Mənbə: Əliyev V. N.  (2015) “Bankların aqrar  sektorda investisiya cəlbediciliyini tənzimlənməsi problemləri”  //İqtisadiyyat.-2018.- 6-10 may. s.3-5


Cədvəldən göründüyü kimi, aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri, o cümlədən kənd təsərrüfatı xammalı istehsal edən aqrar əmtəə istehsalçıları aşağı gəlirliyi ilə xarakterizə olunur. Aqrar sahədə fəaliyyət göstərən kənd təsərrüfatı əmtəə istehsalçılarının gəlirlik səviyyəsinin aşağı olması, bütövlükdə, istehsalın son nəticələri kimi rentabelliliyİn səviyyəsinin aşağı olması, eləcə də innovasiyalardan məhdud səviyyədə istifadə edilməsi elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin istehsalata tətbiqi imkanlarının məhdud olması, eləcə də təsərrüfat subyektlərinin bazara çıxış imkanlarının məhdudlaşması ilə sıx bağlıdır. Bazarda vəziyyəti mürəkkəbləşdirən ən mühüm cəhətlərdən biri də ondan ibarətdir ki, aqrar sahədə geniş təkrar istehsal daha çox təbii iqlim şəraitindən asılı olmaqla, riskli xarakter daşıyır.
Dünya təcrübəsi gösterir ki, bu problemin həlli kredit bürolarının yaradılması yolu ilə həll edilir, Kredit bürolarının yaradılması, əsas etibarilə, kredit və onun faiz stavkası ilə bağlı informasiya bazalarının toplanması ilə sıx əlaqədardır. Kredit bürolarının formalaşdırılması prosesinə, ilk dəfə olaraq, 1803 -cü ildə Londonda qarşılıqlı kreditlər cəmiyyətinin yaradılması ilə başlanmışdır. İnkişaf etmiş ölkələrdə kredit bürosunun məlumat bazası, demək olar ki, uzun illərdir ki, mövcuddur. Belə ki, kredit bürosunun məlumat bazası Avstriyada 1860-cı ildən, İsvesçə 1890-cı ildən ABŞ-da 1890-cı ildə, Hollandiyada 1900-cü ildə, Cənubi Afrika Respublikasında 1901-ci ildə, Kanadada isə İ919-cu ildə toplanmışdır. Kredit bürosu, demək olar ki, öz fəaliyyətini hələ XIX əsrin sonlarında başlamış və XX əsrin əvvəllərindən etibarən ise kifayət qədər təşkilatlanmışdır. Kreditorların mübadilə etdikləri informasiyaların həcmi, əsasən, kredit bürolarının şəbəkələrinin köməyi ilə toplanılır və bu kifayət qədər irihəcmlidir. Belə ki, ABŞ-da, Belçikada, Braziliyada, Böyük Britaniyada, Yaponiyada, Almaniyada əhalinin sayının artımı ilə bağlı və digər demoqrafik məsələlər də kredit bürolanın informasiya şəbəkəsinə daxil edilir.
İqtisadiyyatın qeyri-neft sektorunun, o cümlədən aqrar sektora  investisiya çatızmamazlığı artmış, o cümlədən kənd təsərrüfatının investisiya çatızmamazlığı istifadənin iqtisadi səmərəliliyi azalmış və fondların fiziki və mənəvi cəhətdən köhnəlməsi prosesi güclənmişdir. Milli iqtisadiyyatın inkişaf etdirilməsi və dövlətin strateji hədəfllərinin reallaşdırılması investisiya qoyuluşlarının xalq təsərrüfatı sahələri üzrə optimal bölgüsünün həyata keçirilməsini tələb edir, bütün bunlar isə investisiya fəaliyyətinin banklar tərəfindən tənzimlənməsinə yönəldilmiş tədbirlərin heyata keçirilməsini özündə əks etdirir.
S.V.Salahovun fikrincə, aqrar sektorda pul kütləsinin tənzimlənməsi: burada milli bankın maliyyə siyasəti daha tsiklik xarakter daşıyır. Kənd təsərrüfatında istehsalın artımını ləngidən pul kütləsinin çatışmazlığı dövründə Milli Bank ehtiyat normasını azaltmalıdır və kommersiya bankları üzrə kredit dərəcələrinin faizləri azaldılmalıdır. Bu zaman Milli Bank kütləvi miqyasda onlardan dövlət istiqraz vərəqlərini almaqla, kommersiya banklarının maliyyə ehtiyatlarım artırmış olur. Əksinə, inflyastiyanın artdığı dövrdə Milli Bank ehtiyat normasım da artırmalıdır. Bu zaman Milli Bank kommersiya banklarının kredit üzrə faizini artırmaq məqsədilə, onlara dövlət istiqrazlarını satır ve beləliklə, kommersiya banklarının müvafiq gəlir əldə etməsinin qarşısını almış olur. Bu isə eyni zamanda həm də iqtisadiyyatda möhtəkirliyin və inflyasiyanın qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.( Salahov.S.V., 2014).

1.2Azərbaycanda aqrar sektorda investitisiya mexanizminin hüquqi bazası və onu şərtləndirən amillər

Azərbaycan Respublikasının iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. Xarici investisiyaların, müasir texnologiyaların və avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Keçən müddətdə respublikada investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilmişdir.
Hazırda Azərbaycan Respublikasında investisiya fəaliyyətini tənzimləyən iki qanun mövcuddur. Bunlar 15 yanvar 1992-ci ildə qəbul olunmuş “Xarici investisiyaların qorunması haqqında” və 13 yanvar 1995-ci ildə qəbul olunmuş “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarıdır.
Xarici kapitalı ölkə iqtisadiyyatına cəlb etmək üçün müvafiq qanun, normativ akt və qərarların qəbul edilməsi əsas şərtdir. Və bu istiqamətdə ilk addım 15 yanvar 1992-ci ildə qəbul edilmiş “Xarici investisiyaların qorunması” haqqında Azərbaycan Respublikasının qanunu oldu. (7 Aprel 1992-ci ildə və 5 Noyabr 1996-cı illərdə dəyişikliklər və əlavələr edilmişdir). Bu qanun Azərbaycan Respublikasının ərazisində xarici investisiya qoyuluşunun hüquqi və iqtisadi prinsiplərini müəyyən edir. Qanun xarici investorların hüquqlarının müdafiəsinə təminat verir. Eyni zamanda qanun xarici investorlara Azərbaycan Respublikasında qanunvericiliyin dəyişdirilməsi ilə bağlı bəzi təminatlar verir. Belə ki, Azərbaycan Respublikasının sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə, 10 il ərzində xarici investisiyaya investisiya qoyuluşunun həyata keçirildiyi zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir (qanunun 2-ci bölməsi 10-11-ci maddələr). Bu müddəa müdafiənin, milli təhlükəsizliyin və ictimai qaydanın təmin olunması, vergitutma, ətraf mühitin, əhalinin əxlaq və sağlamlığının mühafizəsi haqqında Azərbaycan Respubkiasının qanunvericiliyinin dəyişdirilməsinə şamil edilmir. Xarici hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının ərazisində mövcud olan bütün müəssisələrin səhm və digər qiymətli kağızlarını satın ala bilər, dövlət və bələdiyyə müəssisələrinin özəlləşdirilməsində iştirak edə bilərlər.
 Hazırda hüquqi şəxslərin dövlət qeydiyyatına alınması proseduraları da xeyli sadələşdirilmiş, bu sahədə əvvəllər mövcud olmuş problemlər aradan qaldırılmışdır. Qeyd etmək lazımdır ki, xarici investisiyalı müəssisələr Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmamış hər hansı fəaliyyət növü ilə məşğul ola bilərlər. Xarici investisiyalı müəssisələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınırlar. Dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” (1996-cı il) Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Xarici investisiyalı müəssisə dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs statusu alır. (Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı şəhəri, 15 Yanvar 1992-ci il) Xarici investisiyalı müəssisələrin dövlət qeydiyyatına alınması haqqında məlumat vəkil edilmiş dövlət orqanının tutduğu Respublika Reyestrinə daxil edilir. Xarici investisiyalı müəssisəni dövlət qeydiyyatına almaqdan yalnız o halda imtina edilə bilər ki, belə müəssisənin yaradılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyini pozulmuş olsun, yaxud qeydiyyat üçün zəruri sənədlər müəyyən edilmiş tələblərə uyğun gəlməsin, habelə qarşıdakı fəaliyyət növləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilmiş olsun. Dövlət qeydiyyatına almaqdan imtina olunduqda bu barədə Azərbaycan Respublikasında məhkəmə qaydasında şikayət oluna bilər. Bu işlərdə investorlara köməklik edən dövlət orqanı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyidir.
Azərbaycanın qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinin ən mühüm vasitələrindən biri özəlləşdirmə prosesidir. Xarici şirkətlər ölkəmizdə aparılan özəlləşdirmə prosesində iştirak edə bilərlər. Bununla əlaqədar olaraq, özəlləşdirmə qanunvericiliyində xarici şirkətlərin bu prosesdə iştirakının qaydaları nəzərdə tutulmuşdur. Bu günədək Türkiyə, Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya, Çin, İran, İsveçrə, Hollandiya və bəzi digər ölkələrin investorları Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində iştirak etmiş və müəssisələrin səhmlərinin ən azı 51 %-ni əldə edərək onlara böyük məbləğdə investisiyalar qoymuşlar.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yeni sahələrin, o cümlədən xarici investorlar üçün xüsusilə cəlbedici olan metallurgiya, kimya, energetika, maşınqayırma, nəqliyyat, rabitə və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin özəlləşdirməyə açılması xarici investisiya axınına güclü təkan vermişdir.
 “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətinin (sərmayədarlığın) ümumi sosial, iqtisadi və hüquqi şərtlərini müəyyənləşdirir. Qanun investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatına intensiv cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə yönəldilmişdir və mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə tə'minat verir.
Qanuna əsasən dövlət investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinə, onun subyektlərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasına tə'minat verir. İnvestisiya fəaliyyətinin subyektləri arasında bağlanmış müqavilənin şərtləri bu müqavilənin bütün müddəti ərzində və hətta o bağlandıqdan sonra qanunvericiliklə subyektlərin vəziyyətini pisləşdirən və ya hüquqlarını məhdudlaşdıran şərtlər müəyyən edildikdə belə, əgər onlar müqavilə şərtlərinin dəyişdirilməsi barədə razılığa gəlməyiblərsə, qüvvəsini saxlayır.
Dövlət orqanları və onların vəzifəli şəxsləri qanunvericiliklə yol verilən və onların səlahiyyətinə daxil olan hallardan başqa, investisiya fəaliyyəti subyektlərinin işinə qarışa bilməzlər.
Qanunla müəyyənləşdirilən hallardan başqa, investisiya qoyulan obyektlərin seçilməsində investorların hüquqları məhdudlaşdırıla bilməz. Dövlət orqanları və başqa orqanlar investorların və investisiya fəaliyyətinin digər subyektlərinin hüquqlarını pozan aktlar qəbul etdikdə investisiya fəaliyyəti subyektlərinə dəyən zərəri bu orqanlar tam həcmdə ödəməlidirlər. Zərərin ödənilməsi barədə mübahisələrə aidiyyatı üzrə məhkəmə və ya arbitraj məhkəməsi baxır.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tələblərə və ya investisiya fəaliyyətinin subyektləri arasında bağlanmış müqavilə öhdəliklərinə əməl olunmadıqda tərəflər həmin aktlarla müəyyənləşdirilmiş qaydada məs'uliyyət daşıyırlar. İnvestisiya fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan mübahisələrə müvafiq olaraq məhkəmə, arbitraj məhkəməsi və ya münsiflər məhkəməsi baxır.
Məlum olduğu kimi, biznes mühitinin ən mühüm şərtlərindən biri vergi rejimi ilə bağlıdır. Vergi münasibətləri 1 yanvar 2001-ci il tarixdən qüvvədə olan “Azərbaycan Respublikasının Vergi Məcəlləsi” ilə tənzimlənir. Qeyd etmək lazımdır ki, son illərdə vergilərin sayı, sosial sığorta ödənişləri xeyli azaldılmışdır. 1998-ci ildən etibarən vergi dərəcələri ardıcıl olaraq endirilir. Misal olaraq aşağıdakıları göstərmək olar:
• müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemindən proporsional sisteminə keçilməsi və bu vergi növü üzrə vergi dərəcələrinin tədricən 35%-dən 24%-ə endirilməsi, ƏDV-nin dərəcəsinin 28%-dən 18%-dək azaldılması, bir sıra vergilərin ləğv edilməsi, fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddinin 55%-dən 35%-ə endirilməsi;
• sosial sığorta ayırmalarının 40 faizdən 25 faizədək aşağı salınması;
• Vergi Məcəlləsinin qüvvəyə minməsilə vergilərin ümumi sayının 15-dən 9-dək azaldılması;
• kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların 2014-cü ilə qədər torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi;
Bununla yanaşı vergi idarəçiliyi təkmilləşdirilmiş, yoxlamaların sayı əhəmiyyətli dərəcədə azaldılmış, sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Hökuməti bir sıra xarici ölkələr ilə ikiqat vergi tutmanın aradan qaldırılması və investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalamışdır.
Qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri kimi dövlət proqramlarında, o cümlədən “2003-2005-ci illər üzrə yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nda, 2002-2005-ci illər üzrə “Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üzrə Dövlət Proqramı”nda, “2004-2007-ci illər üçün Dövlət İnvestisiya Proqramı”nın layihəsində, habelə “2004-2008-ci illər üçün “Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqra­mı”nda öz əksini tapmışdır.
Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və bu istiqamətdə dövlət himayəsinin göstərilməsi üzrə mühüm tədbirlərdən biri də 2002-ci ildə aparıcı xarici və yerli iş adamlarının daxil olduğu Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması olmuşdur. Sahibkarlar Şurası ölkədə biznes mühitinin yaxşılaşdırılmasında, bu sahəyə dövlət qayğısının artırılmasında, mövcud problemlərin vaxtaşırı təhlil edilərək müvafiq tədbirlərin görülməsində böyük rol oynayır. Azərbaycan Hökumətinin müraciəti ilə Beynəlxalq Maliyyə Korporasiya­sının dəstəyi əsasında Dünya Bankının Xarici İnvestisiyalar üzrə Məsləhət Xidməti (FIAS) Azərbaycanda investisiya mühitinin monitorinqini aparmış və mühitin daha da yaxşılaşdırılması məqsədilə birgə tədbirlər planı müəyyənləşdirilmişdir. Həmin tədbirlərin icrası istiqamətində atılmış ilk addımlardan biri də Azərbaycanda İnvestisiyaların Təşviqi və Məsləhət Fondunun təsis edilməsi idi. Eyni zamanda Dünya Bankının ekspertləri ilə birgə «İnvestisiya fəaliyyəti haqqında» və «Xüsusi İqtisadi Zonalar haqqında» qanun layihələri hazırlanmışdır.
 «İnvestsiya fəaliyyəti haqqında» yeni qanun hazırda qüvvədə olan «İnvestisiya fəaliyyəti haqqında» və «Xarici investisiyaların qorunması haqqında» iki qanunu əvəz edəcək. Bu iki mövcud qanunlardan fərqli olaraq yeni layihə beynəlxalq təcrübənin ən mükəmməl elementlərini özündə əks etdirir. Digər ölkələrin bu sahədə olan təcrübəsini əsas götürərək qanun layihəsinə investisiyaların qorunması, investisiya fəaliyyəti zamanı yaranan mübahisələrin həlli və digər həlledici prinsipial məsələlər ilə bağlı yeniliklər daxil edilib. Belə bir təcrübə artıq Qazaxıstanda və Belarusiyada istifadə olunmuşdur. Qazaxıstanda investisiya fəaliyyəti 27 dekabr 1994-cü ildə qəbul olunmuş “Xarici investisiyalar haqqında” və 28 fevral 1997-ci ildə qəbul olunmuş “Dövlətin birbaşa investisiyaları müdafiəsi haqqında” qanunlar əsasında tənzimlənirdi. 8 yanvar 2003-cü ildə qəbul olunmuş “İnvestisiyalar haqqında” qanun isə Qazaxıstanın əlverişli investisiya mühiti formalaşdırmasının və ölkə iqtisadiyyatına xarici investisiyaları cəlb etməsinin yeni sübutu idi. Bu qanunun əsas xüsusiyyəti həm yerli, həm də xarici investorlar üçün bərabər şərtlərin, vahid zəmanətin və imtiyazların verilməsidir. Qanun həm də yuxarıda göstərilən qanunları əhatə etdiyindən iki hissədən ibarətdir. Birinci hissə investisiyaların hüquqi tənzimlənməsini, ikinci hissə isə dövlətin investisiyaları müdafiəsi ilə bağlı münasibətlərin tənzimlənməsini müəyyən edir.
Belarusiyada 9 oktyabr 2001-ci ildən qüvvəyə minmiş İnvestisiya Kodeksi təkcə “Xarici investisiyalar haqqında” və “Belarusiya Respublikası ərazisində investisiya fəaliyyəti haqqında” qanunları birləşdirmədi, həm də investisiya fəaliyyətini tənzimləyən yeni normaları müəyyən etdi. Bu qanunda da yerli və xarici investorlara bərabər hüquqi şərtlərin və zəmanətlərin verilməsi nəzərdə tutulmuşdur. İnvestisiya fəaliyyəti əsasən yüksək texnologiyalı xalq təsərrüfatı məhsullarını istehsal edən sahələrə yönəldilir. Kodeks belə istehsalın dövlət tərəfindən himayə edilməsinin əsasını təşkil edən normaları da müəyyən etmişdir. Beləliklə,  Kodeksdə innovasiya istiqamətli sənaye sektorunun himayə edilməsi təsbit olunmuşdur.
İndi Azərbaycanda həyata keçirilən investisiya siyasətinin mahiyyəti dövlət sərmayələrinin əsasən infrastrukturlara yönəldilməsindən, investisiya layihələrinin özəl qurumların, xüsusilə xarici investorların hesabına həyata keçirilməsindən ibarətdir. İndi ölkəmizdə formalaşmış ümumi sosial-iqtisadi vəziyyət sahəvi və regional inkişaf dövlət investisiyalarından qeyri-neft sənaye sektorunun prioritet sahələrində və aqrar bölmədə daha böyük həcmdə istifadə olunmasını tələb edir.
Deməli, dövlət investisiyalarından bütün sahələrdə istifadə olunması düzgün deyil. Bu investisiyaların ancaq prioritet sahələrdə və regionlarda istifadəsi daha çox səmərə verə bilər. Çünki hazırda ölkənin 10 iqtisadi zonasından 9-u Dövlət büdcəsindən dotasiya alır. Hətta Yevlax, Gəncə, Şirvan, Lənkaran və Şəki kimi şəhərlərin yerli büdcə gəlirləri onların xərclərindən 5-6 dəfə azdır. Belə olan halda regionları dotasiya hesabına saxlamaq əvəzinə, həmin dövlət vəsaitlərini regionlardakı mövcud müəssisələrin bərpasına, yenilərinin inşasına yönəltmək daha düzgün olardı. Bu mənada Azərbaycan Prezidentinin "İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında" 30 mart 2006-cı il tarixli sərəncamı dövlət investisiyalarının iqtisadiyyatın qeyri-neft sahələrində istifadəsinin genişləndirilməsi məqsədilə imzalanmışdır.
Fərmana əsasən yaradılan "Azərbaycan İnvestisiya Şirkəti"nin nizamnamə kapitalı Dövlət Neft Fondunun hesabına formalaşdırılmışdır. Şirkət ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən kommersiya təşkilatlarında iştirak payı və səhm almaqla, onların maddi və texnoloji bazasının yeniləşdirilməsinə müddətli investisiya qoyur. Bundan əlavə, dövlət müəssisəsi hesab olunan şirkət kommersiya təşkilatlarının idarəetmə orqanlarında iştirak etmə, bu və ya digər qərarlara veto hüququna malikdir. Həmçinin şirkət öz payına mütənasib divident də ala bilər. Yeri gəlmişkən deyək ki, dövlət investisiyalarının idarə olunmasında ilk dəfə tətbiq edilən bu mexanizm İngiltərədə geniş istifadə olunur. Burada müddətli investisiyalar divident almaq şərtilə dövlətə məxsus olan müəssisələrə də qoyulur. Bununla belə, şirkətin istehlak malları istehsal edən və nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərinə investisiya qoyması da məqsədəuyğun olar.
Beynəlxalq təcrübə və iqtisadi nəzəriyyə də göstərir ki, dövlətin investisiya siyasəti zaman-zaman dəyişir və ölkədə yaranmış iqtisadi durumdan asılı olaraq müəyyən edilir. Məsələn, ABŞ-da XX əsrin 30-cu illərində dövlət öz vəsaiti hesabına rezervasiyalar yaratmış, işsiz insanları oraya toplamış, işlə təmin etmişdir. Hökumət əsas kənd təsərrüfatı məhsullarına qiymətlərin aşağı həddini müəyyən etmiş, kommersiya banklarını bağlayaraq yoxlamalar təşkil etmiş, qanunsuz əməliyyatlara yol vermiş bankların fəaliyyətinə icazə verməmişdir.
Sonrakı 30 ildə dövlətin iqtisadi proseslərə müdaxiləsi zəifləmişdir. Ötən əsrin 60 və 80-ci illərində dövlət yenidən iqtisadiyyata müdaxiləsini genişləndirmişdir. Hazırda isə maliyyə böhranı ilə əlaqədar olaraq dövlət yenə də ölkəni çətin vəziyyətdən qurtarmaq üçün tədbirlər paketi hazırlamış və bunun üçün 700 milyard dollar vəsait ayırmışdır.
1950-1960-cı illərdə Türkiyədə Adnan Menderes hökuməti zamanı dövlətin pul gəlirləri kənd təsərrüfatına yönəldilmiş və bu sektora vergi güzəşti edilmişdir. Bu səbəbdən aqrar sektor güclü inkişaf etmiş, sənayenin xammal bazasına çevrilmiş, inkişaf etmiş emal sənayesi yaradılmışdır. XX əsrin 60-70-ci illərində isə Cənubu Koreyada iqtisadiyyata kapital qoyuluşunun ümumi həcmində dövlət bölməsinin payı 90 faizə çatırdı. Bu cür misalları çox gətirmək olar. Bu mənada Azərbaycanın indiki inkişaf mərhələsində xalq istehlakı malları, kənd təsərrüfatı maşınları, yol və tikinti maşınları, gübrə istehsalı, kənd təsərrüfatının və emal sənayesinin bəzi sahələri, habelə Naxcıvan MR, Gəncə-Qazax, Lənkəran və Mərkəzi Aran iqtisadi rayonları milli prioritet sahələr və regionlar elan oluna bilərlər.
İnvestisiya qoyuluşlarının sahələrarası strukturunun təhlili investisiyaların yönəldilməsi istiqamətindəki müsbət və mənfi cəhətləri aydın şəkildə görməyə imkan verir. İnvestisiyaya ehtiyacı olan və daha çox iqtisadi səmərə verə biləcək sahələrin müəyyənləşdirilməsi baxımından da bu təhlil xüsusi maraq doğurur. Həmçinin illər üzrə investisiya qoyuluşlarında baş verən dəyişikliklərin dinamikası, daxili və xarici investisiyaların yönəldilməsi istiqamətləri və həcmi və bir sıra digər məsələlər  növbəti paraqrafın təhlil obyekti olacaqdır.
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 2016-2020-ci illər ərzində həyata keçirilməsi hesabına ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılması üçün aşağıdakı  strateji hədəfin reallaşdırılması nəzərdə tutulur:
Ø     Aqrar sahəyə investisiya qoyuluşlarının təşviq edilməsi
Ø     Kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviq edilməsi;
Ø     İnkişaf etməkdə olan, o cümlədən də zəif inkişaf etmiş ölkələr kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının həcminin artırılması çağırışını reallaşdırmaq üçün kənd təsərrüfatına, bundan daha çox isə bu sahə ilə bağlı istiqamətlərə investisiya qoyuluşunun həcminin artırılması
Ø     inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin hazırlanması;
Müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 1170 milyon manat investisiya tələb olunur. Dövlət Strategiyasında nəzərdə tutulan tədbirlərin icrasının dövlət büdcəsi, büdcədənkənar fondlar; Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri; Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti, Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti; yerli büdcələr, mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri, birbaşa xarici investisiyalar, qiymətli kağızlar, o cümlədən səhm və istiqrazlar, törəmə maliyyə alətləri; yerli kreditlər və qrantlar, beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımı, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Tələb olunan maliyyə vəsaitinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
Azərbaycanda aparılan islahatlarin məqsədli dövlət proqramlari vastəsi ilə həyata kecrilməsini xarakterik xüsusiyyətlərindən və üstünlüklərindən biri ondan ibarət olmuşdur ki, kənd təsərrüfatında torpaq sahələri ilə yanaşı bütün əmlak və texnika da özəlləşdirilərək sahibkarlara verilmiş və beləliklə onların səmərəli fəaliyyət göstərməsi üçün daha əlverişli imkanlar açılmışdır.Aqrar islahatların uğurla həyata keçirilməsi ilə əlaqədar olaraq qarşıda duran ən mühüm problemlərdən biri əmlakın özəlləşdirilməsinin səmərəli aparılması olmuşdur. Bu sahədə də ölkədə tələb olunan normativ-hüquqi baza yaradılmış və əmlak qarşıda qoyulan məqsədə uyğun formada özəlləşdirilmiş və sahibkarlara vermişdir. Son vaxtlar Azərbaycanda bazarın tələblərini ödəyən aqrar emal sənayesində yüksək gəlir gətirə bilən, mütərəqqi keyfiyyət və struktur dəyişilikləri yarada bilən iri miqyaslı kapital qoyuluşlu layihələrin həyata keçirilməsinə başlanmışdır. Reginların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq ölkədə ən yerli texnologiyalar əsasında tikilən və yenidən qurulan kənd təsərrüfatı məhsullarının emal müəssisələri iri miqyaslı kapital qoyuluşu ilə başa gəlir. Bu layihələrdə xarici investorlar, Sahibkarlığa Kömək Milli Fondu, Milli İnvestisiya Şirkəti, yerli iş adamları və s. ilə tərəfdaşlıq edirlər. Bu təcrübə göstərir ki, Azərbaycan ölkə daxili və xarici investorlar üçün etibarlı tərəfdaş olmaqla yanaşı dünya ölkələri arasında reytinqi yüksək olan dövlətdir.İstehsalçıların hüquqlarının qorunması, əhalinin keyfiyyətli ərzaq, kənd təsərrüfatı məhsulları, məhsul və xidmətlərlə təminatı, istehlak bazarının təhlükəli və normativ dövlət sənədlərinin tələblərinə uyğun olmayan məhsullardan qorunması dövlət siyasətinin tərkib hissəsidir. 2016-cı ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməri tərəfindən 47 istehsal müəssisəsində yoxlama aparılmış, 20 sahibkarlıq subyektinə normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsal olunduğu üçün istehsal və satışın qadağan olunması barədə tələbnamə verilmişdir.
Son illərdə regionlarda tikilib istifadəyə verilmiş aqrar emal komplekslərinin təcrübəsi göstərir ki, qloballaşan dünya ərzaq təhlükəsizliyi çərçivəsində ixrac yönümlü qida məhsulunun istehsalına, sertifikatlaşdırmasına və dünya bazarlarına çıxarılmasına yeni texnologiya ilə işləyən Ağcabədidə “Atena” süd emalı şirkəti, Ağsuda “AzQranata” MMC, Qazaxda “Azərsun Holdinq” şirkətinin meyvə konserv zavodu, Ağstafa “Aqroservis” MMC kimi avropa ölkələrində istehsal olunmuş müasir zavod kompleksi lazımdır. Bu komplekslərin tikilib başa gəlməsi 50-60 milyon manatdan çox investisiya tələb olunur. Regionlarda fəaliyyət göstərən sahibkarların maliyyə imkanları məhduddur, kommersiya bank qurumları üçün yüksək məbləğdə kreditlərin verilməsi risklidir. Bunu nəzərə alaraq ikinci Dövlət Proqramında planlaşdırılmış kənd təsərrüfatı və aqrar sənaye obyektələrinin maliyyələşdirmə mənbələri sırasında əməkdaşlıq qaydasında dövlət büdcəsinin, xarici investorların, Sahibkarlığa Kömək Milli Fondunun, milli sərmayədarların, sahibkarların öz vəsaitlərindən istifadə olunması da istisna deyil. Aqrar sferada investisiya imkanlarının artması, aqrar bazarın keyfiyyətcə yeni mərhələyə qalxması, ölkənin ərzaq təminatında iqtisadi mexanizmlərdən səmərəli istifadə olunmasının rolunu göstərir.Hazırda iri həcmli investisiya layihələrinin həyata keçirilməsində kənd təsərrüfatının istehsal sahələrinin daxili və xarici bazarın tələbləri baxımından təhlil edilir, prioritet sahələr müəyyən edilir, rəqabət qabiliyyətli, yüksək səmərə verə biləcək sahələrin potensial imkanlarına uyğun olaraq kapital qoyuluşuna önəm yaradılır. Davamlı inkişafa aparan bu münasibətin böyük perspektivi və əhəmiyyəti ondadır ki, təsərrüfatlarda uzun müddətli inkişaf hədəfləri əldə edir, işçilərin əmək haqları artır, əhalinin ərzaq təminatı artmaqla keyfiyyətcə yaxşılaşır, layihəyə sərf edilən vəsaitin səmərəli xərclənməsi təmin olunur. Regionlarda dövlət və özəl maliyyə partnyorluğu əsasında yaradılan aqrar biznesin sürətli inkişafının sosial-iqtisadi əhəmiyyəti vardır:
1. Dayanıqlı istehsal mühiti yaranır, regionların inkişaf səviyyəsi tarazlaşır;
2. Əhali yerli keyfiyyətli ərzaq məhsulları ilə etibarlı olaraq təmin olunur;
3. Kənd təsərrüfatı məhsullarının istehsalçıları kəndli (fermer), ailə təsərrüfatları istehsal etdikləri məhsulları münasib qiymətə, müqavilə əsasında satmaq imkanı əldə edir, onların mənfəəti artır;
4. Regionlarda məşğulluq səviyyəsi yüksələrək kənd əhalisi daimi iş yeri ilə təmin olunur və yoxsulluq səviyyəsi aşağı düşür;
5. ÜDM həcmi artır, dövlət büdcəsinə əlavə gəlir daxil olur;
6. Yüksək keyfiyyətli, rəqabətədavamlı ixrac məhsullarının çeşid və kəmiyyəti artır;
7. Kənd yerlərində yüksək ixtisaslı mütəxəssis kadrlarr formalaşır; 8. Şəhər və kənd yerlərində yaradılmış istehsal və sosial infrastrukturlar qorunub saxlanılır


İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
Azərbaycan dilində
1.                        “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı şəhəri, 15 Yanvar 1992-ci il
2.                        “İnvestisiya fəaliyyətinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı şəhəri, 13 Yanvar 1995-ci il
3.                        “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu 30 Noyabr 1999-cu il
4.                        Azərbaycan Respublikasının Vergi Məcəlləsi
5.                        “Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”
6.                        Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” 14 aprel 2009-cu il
7.                         “İnvestisiyalar haqqında” Qazaxıstan Respublikasının Qanunu, 8 yanvar 2003-cü il
8.                         “Xarici investisiyalar haqqında” Qazaxıstan Respublikasının Qanunu, 27 dekabr 1994-cü il
9.                         “Dövlətin birbaşa investisiyaları müdafiəsi haqqında” Qazaxıstan Respublikasının Qanunu, 28 fevral 1997-ci il
10.                    “Müştərək (kollektiv) investisiya institutları haqqında (paylı və korporativ investisiya fondları)” Ukrayna Respublikasının Qanunu 2001-ci il
11.                    Əhmədov, İ.V., (2016), “Kənd təsərrüfatının idarə edilməsi”.,Bakı, “eLM”,-356 səh
12.                    Qarayev, İ.Ş., (2011), “Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi.”, Bakı, “Azərnəşr”, -412 səh
13.                    Qasimov,Ə.C.,(2015), “ Kənd təsərrüfatının iqtisadiyyatı”, Bakı,”Günəş”, -289 səh
14.                    Salahov.S.V., 2014 Aqrar sahənin dövlət tənzimlənməsi problemləri, Bakı “Elm”,- 504 səh,
15.                    Azərbaycan Respublikasında qeyri-neft sektorunun investitisiya potensialı: ilkin nəticələr, problemlər və perspektivlər. Beynəlxalq elmi-praktiki konfransın materialları, Bakı: 2017. 345 səh
16.                    Babayev  F. F. (2017) “Aqrar sektorda investitisiya qoyuluşu və onun stimullaşdırılması məsələləri” (monoqrafiya) Bakı, “Azərb. Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyatı və Təşkili İn-tu” - 345 səh
17.                    Bayramov.A.M Azərbaycanda aqrar sektorunun inkişafı kaital axınının artırır, yeni iş yerlərinin yaranmasına müsbət təsir göstərir //Xalq qəzeti, .-2018.- 26 noyabr.
18.                    Cahangirov P. H. (2018) “Müasir şəraitində aqrar sektorunun investitisiya potensialının formalaşdırılması amilləri”, (monoqrafiya)  Azərb. Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İn-tu. Bakı, - 198 səh
19.                    Əliyev V. N.  (2015) “Bankların aqrar  sektorda investisiya cəlbediciliyini tənzimlənməsi problemləri”  //İqtisadiyyat.-2018.- 6-10 may. s.3-5
20.                    Əsgərov R. A. (2016) Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşu və onun tənzimlənməsi, (monoqrafiya)  Bakı, “Azərb. Dövlət İqtisad Un-ti” - 203 səh
21.                    Hacıyev, F.Ş  Azərbaycanda strateji yol xəritələrinin gerçəkləşməsində investisiya cəlbediciliyinin təhlili və inkişaf perspektivləri, //İqtisadiyyat.-2017.- 4-10 may. s.11-16
22.                    Məmmədov İ. N. , Abbasov A. F..  (2016) “Qeyri-neft sektorunun inkişaf istiqamətləri “(monoqrafiya)  Bakı: “Apastroff”, - 248 səh
23.                    Mustafayev S.A, “Aqrar sektorda investitisiya qoyuluşunun qanunvericilik bazasının formalıaşması” //Mövqe2018.- 27 dekabr.

İnternet resursları