GİRİŞ
Mövzunun aktuallığı:
Müasir iqtisadiyyatı və onun inkişafını banklarsız təsəvvür etmək mümkün deyil.
Hazırki dövrdə isə bankların bu sahədəki rolu daha da artmışdır. İqtisadiyyatın
müxtəlif sahələrində istehsalın, ticarətin, xidmətlərin və digər sahibkarlıq fəaliyyətinin
davamlı inkişafı, onun müntəzəmliyi pul vəsaitləri ilə təminatın, pul vəsaitlərinin
hərəkətinin çevikliyini tələb edir. Bu isə öz növbəsində, məlum olduğu kimi
kommersiya banklarının funksiyalarına aiddir. Bir sözlə iqtisadiyyatın inkişafı,
bunun əsas amili olan sahibkarlıq fəaliyyətinin genişlənməsi bankların inkişafı
ilə, onların fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması ilə düz mütənasib
şəkildə qarşlıqlı asılıdır. Bankların həm də istehsal və xidmət sahələrini
kredit resurslan ilə təmin etməsini, zəmanət, akkreditiv, faktorinq, lizinq və
digər bu kimi xidmətləri də göstərməsini nəzərə alsaq, onların qeyd edilən sahədəki
rolunun, iqtisadi əhəmiyyətinin müasir iqtisadi inteqrasiyalar, rəqabət, beynəlxalq
ticarətin genişlənməsi, maliyyə resurslarının hərəkətinin qlobal xarakter
alması şəraitində get-gedə yüksəlməkdə olduğunu deyə bilərik.
Bank
fiziki və hüquqi şəxslərdən depozitlərin depozitlərin və ya digər qaytarılan vəsaitlərin
cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin
tağşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata
keçirən hüquqi şəxsdir.
Müasir dövrdə investisiya qoyuluşlarından istifadənin
səmərəliliyinin artırılmasının təmin olunması məqsədilə ölkənin mövcud əmək
ehtiyatlarından təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək,
iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək, aqrar sektorda
islahatları dərinləşdirmək , əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini
azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir
tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində daima sistemli tədbirlərin
həyata keçirilməsi işinin davam etdirilməsini tələb edir.
Mərkəzi Bankın həyata keçirdiyi maliyyə sabitliyi
siyasəti bank sisteminin maliyyə dayanıqlığının qorunmasına və maliyyə vasitəçiliyinin
genişlənməsinə yönəlmişdir. Həyata keçirilmiş siyasət nəticəsində bankların
kapitalizasiyası üzrə yol xəritəsi uğurla icra edilmiş, bank sektorunun rəqabət
qabiliyyəti yüksəlmiş və maliyyə dərinliyi artmışdır.
Qarşıda duran əsas məsələ müasir şəraitdə bank
sektorunun sabitliyinin təmini, rəqabətin qlobal xarakter aldığı,
liberallaşdınna şəraitində yerli bankların bazardakı mövqeyinin qorunub
saxlanması, gücləndirilməsi və sairədir. Ayrı-ayrılıqda kommersiya banklarının
inkişafı isə onların fəaliyyətinin iqtisadi inkişaf prosesləri ilə
uzlaşdırılması, korporativ idarəetmənin təkmilləşdirilməsi, risklərin idarə
edilməsi, likvidliyin yüksəldilməsi, xidmətlərin keyfıyyətinin artırılması və nəhayət
investisiya fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi kimi vəzifələri qarşıya
qoyur.
Hazırda dünya iqtisadiyyatı qeyri-müəyyənliklərin
artması, zəif iqtisadi artım, məzənnələrin qeyri-sabitliyi, enerji qiymətlərinin
kəskin aşağı düşməsi, dünya maliyyə sistemində struktur çatışmamazlıqları,
investorlar üçün həlledici olan makroiqtisadi mühitin pisləşməsi, ciddi siyasi
qeyri-müəyyənlik və s. ilə səciyyəvi olmuşdur. Təbiidir ki, bu proseslərin
neqativ təsirləri dünyanın tərkib hissəsi olaraq Azərbaycan iqtisadiyyatından
da yan keçməmişdir. Belə bir şəraitdə yeni çağırışlara cavab olaraq keçid
dövrünü artıq başa çatdırmış Azərbaycan Respublikasının qarşısında dayanan
strateji vəzifələrdən biri neftdən asılılığın minimuma endirilməsi, daha şaxələndirilmiş,
yüksək rəqabət qabiliyyətliliyə, məhsuldarlığa və səmərəliliyə malik ixrac
yönümlü iqtisadiyyata transformasiyanın sürətləndirilməsindən ibarətdir.Bu vəzifə
iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, elm tutumlu iqtisadiyyatın
formalaşdırılması, makroiqtisadi sabitliyin qorunması, biznes və investisiya
mühitinin daha da yaxşılaşdırılması, özəl sektorun dəstəklənməsi, qabaqcıl
texnologiyaların və təcrübənin tətbiqi, insan kapitalının inkişaf etdirilməsi,
xarici ticarət və investisiyaların təşviqini nəzərdə tutur.
Son illərdə hökumət aqrar sektorun inkişafı və
investitisiyaların dəstəklənməsi istiqamətində əhəmiyyətli qərarlar verməkdə və
tədbirlər həyata keçirməkdədir. Bu siyasət sənədində hökumətin son qərar və tədbirlərinin
ölkədə biznes əsaslı investisiya fəallığına nail olmaq və davamlı iqtisadi
artımın yeni mənbələrini ortaya qoymaq baxımından qiymətləndirilib, habelə
hökumətin stimullaşdırıcı investisiya siyasətinin gücləndirilməsi istiqamətində
tövsiyələr işlənilib.
Azərbaycanda xarici investisiyalar üçün münbit şərait
formalaşmışdır, lakin bu investisiyalar daha çox neft-qaz sektoruna
qoyulmuşdur.Bu baxımdan Azərbaycan iqtisadiyyatının ixrac potensialını gücləndirəcək
və idxaldan asılılığını azaldacaq qeyr-neft sektoruna - kənd təsərrüfatı, sənaye,
xidmət sektoruna xarici investisiyaların daha böyük həcmdə cəlb edilməsinə nail
olmaq başlıca vəzifələrdən biri hesab edilir.
Hazırda dünya miqyasında xarici investisiyalar
uğrunda mübarizə aparılır, onların cəlb edilməsi istiqamətində fəallıq daha da
güclənir, dövlətlər bütün mümkün stimullaşdırıcı vasitələrdən istifadə etməklə
daha əlverişli investisiya mühiti təklif etməyə və bununla da qlobal
investisiya axınlarından daha çox yararlanmağa çalışırlar. Dünya investisiya bazarında
formalaşmış belə bir kəskin rəqabət şəraitində Azərbaycan iqtisadiyyatına,
xüsusilə də aqrar sektoruna daha çox investisiya cəlb edilməsinə şərait
yaradacaq effektiv stimullaşdırma tədbirlərinin hazırlanması və tətbiq edilməsi
mühüm aktuallıq kəsb edir.
Problemin qoyuluşu və öyrənilmə səviyyəsi:
Aqrar sektorda investisiya fəaliyyətində bankların fəallığı məsələləri istiqamətlərinin
nəzəri və metodoloji əsasları qərb iqtisad elminin klassiklərinin : C.Keyns,
C.Xiks, A.Marşall, M.Miller, F.Modilyani , M.Fridman , N.Puqu , U.Şarpa və digərlərinin
elmi nəşrlərində araşdırılmışdır. İnvestisiyanın aspektləri, maliyyələşmə də
daxil olmaqla bir sıra alimlərin Y.Yakovça , L.Artemov və digərlərinin elmi tədqiqat
işində öz əksini tapmışdır.
İnvestisiya problemləri, iqtisadi artım, yığımlar və
onların tənzimlənməsi mexanizmi iqtisadçı alimlər tərəfindəndaima elmi
araşdırmaların aparılmasını tələb edir. Ümumiyyətlə, investisiya qoyuluşuna
çoxtərəfli proses kimi baxmaq lazımdır.
Belə ki, investisiya fəaliyyəti qarşılıqlı
faydalılığa, yəni həm obyektə, həm subyektə (investora) mənfəət gətirməlidir.
Azərbaycanın aqrar sektora investisiya
yatırımlarında bankların rolunun yüksəldiləsi , Azərbaycan iqtisadiyyatının
neft sektorundan asıllığının azaldılması və qeyri-neft sektorunun inkişafı
istiqamətində aparılan dövlət siyasətinin uğurla reallaşdırılmasında böyük əhəmiyyətə
malikdir. Azərbaycan respublikasının aqrar
sektoruna investisiyaların cəlb edilməsi və bu sahədə bankların fəaliyyəti
probleminin ayrı-ayrı aspektləri və parametrləri yerli və xarici müəlliflərin əsərlərində
tədqiq edilmiş və öyrənilmişdir. Bu sahədə yazılmış elmi əsərlərin, elmitədqiqat
işlərinin əhəmiyyətini azaltmayaraq qeyd etmək lazımdır ki, qeyri-neft
sektoruna investisiyaların cəlb edilməsi problemi ayrıca tədqiqat obyekti kimi
az işlənilmişdir. Bu səbəbdən dissertasiya mövzusunun tədqiq edilməsi zərurəti
yaranmışdır.
Tədqiqatın
məqsəd və vəzifələri:
Tədqiqatın əsas məqsədi milli iqtisadiyyatın inkişafında xüsusi rola malik olan
bankların aqrar sektorda investisiya qoyuluşunda bankların fəaliyyətinin təhlili
və onun qiymətləndirilməsindən ibarətdir. Həmçinin aqrar sektorunda
investisiyaların və investisiya mühitinin müasir vəziyyətini kompleks tədqiq
etməklə investisiya qoyuluşunun stimullaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi
və genişləndirilməsi istiqamətində təkliflərin hazırlanmasından ibarətdir.
Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr qarşıya
qoyulmuşdur:
Ø
Aqrar
sektorda investisiya axınları və investisiya qoyuluşlarının nəzəri-metodoloji əsaslarının
tətqiq olunması;
Ø
Bankların
investisiya qoyuluşu qərarlarının qəbuluna təsir edən amillər: metodları və
dünya təcrübəsinin araşdırılması;
Ø
Azərbaycanda
aqrar sektorda bankların rolunun mövcud
vəziyyətinin təhlil olunmasl
Ø
Azərbaycanın
aqrar sektorunda investisya qoyuluşlarının kompleks şəkildə qiymətləndirilməsi
Ø
Azərbaycanda
aqrar sektoruna investisiya qoyuluşu qərarlarının qəbulu mexanizminin modernləşməsi
istiqamətlərinin müəyyənləşdirilməsi;
Tədqiqatın
obyekti və predmeti.
Tədqiqatın obyektini aqrar sektor,
predmetini isə bu sferada bankların investisiya fəaliyyətinin mövcud vəziyyətinin
təhlili və qiymətləndirilməsi prosesi təşkil etmişdir.
Tədqiqat
metodları: Materialların qiymətləndirilməsi zamanı analiz, sintez, həmçinin iqtisadi-müqayisəli
təhlil, ümumiləşdirmə,
qrafik-statistik tədqiqatlar üsullarından istifadə olunmuşdur.
Tədqiqat üzrə elmi işin araşdırılmasında bir neçə
metodlar analiz – sintez, induksiya - deduksiya metodlarından istifadə
edilmişdir. Analiz metodunda mövzu tam olaraq götürülmüş və daha sonra
başlıqlara bölünərək ayrılıqda təhlil olunmuşdur. Daha sonra sintez metodu ilə bu başlıqlar iqtisadi
sistemdə toplanmışdır. İnduksiya metodu ilə dissertasiya işi barəsində iqtisadi
faktlar yığılmış, araşdırılmış və sistemləşdirilmişdir. Bundan sonra deduksiya
metodu ilə həmin toplanan faktlarla nəzəri
nəticə, prinsiplər, başqa sözlə, əməli fəaliyyətlərə görə lazımi tövsiyyələr müəyyən
olunmuşdur. Materialların qiymətləndirilməsi zamanı həmçinin iqtisadi-statistik təhlil,
müqayisəli təhlil, ümumiləşdirmə,
qrafik tədqiqatlar üsullardan istifadə edilmişdir.
Tədqiqatın
informasiya bazası:
Tədqiqatın informasiya bazasını müxtəlif
internet resursları, elmi jurnallar, xarici və yerli kitablar, fərqli dilllərdə
yazılmış məqalələr, həmçinin. Azərbaycan respublikası Prezidentinin fərman
və sərəncamları, Milli Məclisin qəbul etdiyi qanunlar, Nazirlər Kabinetinin qərarları,
Mərkəzi Bankın hüquqi aktları və digər normativ-hüquqi sənədlər, Dövlət
Statistika Komitəsinin, İqtisadi İnkişaf Nazirliyinin məlumatları tışkil edir.
Tədqiqatın mədudiyyətləri: tədqiqatın aparılması üçün nəzəri və metodoloji
çatışmazlıqlar, zəruri informasiya bazasının yetərsizliyi və s.
Tədqiqatın elmi yeniliyi:
Tədqiqatın
elmi yeniliyi aqrar sektorda bankların
investisiya fəaliyyətinin nəzəri metodoloji əsaslarının yeni proseslər
baxımından öyrənilməsi, aqrar sektorda investisiya fəaliyyətinin müasir
iqtisadi proseslərə uyğunlaşdırılması mexanizminin, həmçinin bu sferada bank
sisteminin müasir inkişaf meyllərinin tədqiqi əsasında investisiya fəaliyyətinin
səmərəliliyinin yüksəldilməsi istiqamətlərinin göstərilərək əsaslandırılmasından
ibarətdir.
Bu istiqamətdə aşağıdakı konkret nəticələr əldə
edilmişdir:
Ø aqrar sektorda bankların investisiya fəaliyyətinə təsir
göstərən və müasir iqtisadi proseslərdən doğan əsas amillərin müəyyənləşdirilərək,
təsirinin qiymətləndirilməsi;
Ø aqrar sektorda bankların investisiya fəaliyyətinin
müasir iqtisadi inkişaf prosesləri ilə uzlaşdırılması yollarının göstərilməsi;
Ø aqrar sektorda bankların hüquqi tənzimlənməsi
prosesinin müasir tələblərə uyğunlaşdırılması
Ø aqrar sektorda zəruri risklərdən qorunması
strategiyaların əsaslı şəkildə işlənib hazırlanması və əsaslandırılması;
Ø aqrar sektorda bankların investisiya siyasətinin Azərbaycanın
iqtisadi inkişaf xüsusiyyətlərinə uyğun prioritetlərinin müəyyənləşdirilməsi və
əsaslandırılması;
Ø aqrar sektorda Azərbaycan kommersiya Banklarının
müasir investisiya xidmətlərinin təhlili;
Ø aqrar sektorda bankların investisiya siyasətinin səmərəliliyinin
yüksəldilməsində korporativ idarəetmənin təkmilləşdirilməsinin əhəmiyyətinin əsaslandırılması;
Nəticələrin əhəmiyyəti və tətbiq
sahələri: Əldə
edilmiş nəticələrdən aqrar sektorda bankların fəaliyyətinin tənzimlənməsində,
kommersiya banklarında investisiya siyasətinin formalaşdırılmasında, fəaliyyət
strategiyasının hazırlanmasında, eyni zamanda dissertasiyada irəli sürülmüş
elmi-nəzəri fikir və nəticələrdən “Bank fəaliyyəti” mövzuları üzrə tədris
prosesində istifadə edilə bilər. Əldə edilmiş nəzəri və praktiki müddəalardan,
tövsiyyələrdən, konkret ümumiləşdirmələrdən bankların investisiya siyasətinin təkmilləşdirilməsində,
bankların investisiya siyasətinin hazırlanmasında istifadə oluna bilər.
Azərbaycanın aqrar sektoruna investisiyaların cəlb
edilməsinin problem və perspektivlərinin elmi tədqiqat obyekti olaraq
öyrənilməsinin həm elmi, həm də praktiki əhəmiyyəti vardır. Məsələnin elmi
praktiki tərəfi ondan ibarətdir ki, investisiya fəaliyyəti ilə aqrar sektor
arasında qarşılıqlı münasibətlərin öyrənilməsi zamanı müəyyən metodologiya
formalaşır. Bu elmi yanaşma problemin öyrənilməsi üçün əsas təşkil edə bilər.
Həmçinin, mövzu geoiqtisadi və praktiki olaraq da böyük əhəmiyyətə malikdir.
Bilavasitə, Azərbaycan Respublikasının qeyri-neft sektorunda investisiya
fəaliyyətinin dəyişmə dinamikası tədqiq edilir. Həmin dəyişmə dinamikasının
izlənilməsi investisiya fəaliyyətinin aktivləşdirilməsi istiqamətində yeni
imkanlar açır. Eyni zamanda işin praktiki əhəmiyyəti ondan ibarətdir ki,
problemin araşdırılması zamanı hazırlanan təklif və tövsiyələr qeyri-neft
sektorunda dövlətin iqtisadi siyasətinin reallaşmasında öz təsirini göstərə
bilər.
I FƏSİL.
1.1. Aqrar sektorun investitisiya fəaliyyətində
bankların iştirakı sahəsində xarici təcrübənin öyrənilməsi və onun tətbiqi sahələri
İnvestsiya məfhumuna bir daha belə izah verə bilərik:
―İnvestisiya dedikdə mənfəət əldə etmək məqsədi ilə ölkə daxilində və xaricində
sənaye, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinə uzun müddətli vəsait
qoyuluşu başa düşülür‖ . Bu zaman müvəqqəti sərbəst pul vəsaitlərinə malik
olanlarla bu vəsaitə ehtiyacı olanlar arasında əlaqə yaratmaq zərurəti yaranır
və bu əlaqə kommersiya bankları, investisiya, pensiya fondları, sığorta şirkətləri
vasitəsilə olur. Bu prosesdə kommersiya bankları aparıcı
rola malikdir.
Banklar üçün ən vacib məqsədlərindən biri keyfiyyətli
inkişaf və maliyyə sabitliyinin təminatı və gəlirliliyin fəaliyyətinin səmərəliliyinin
artırılması sayəsində görülən addımlardan ibarətdir. İqtisadi ədəbiyyatda
bankların investisiya fəaliyyəti əsasən mikroiqtisadi aspektdə bankın özünün
investisiya əməliyyatlarının öyrənilməsi baxımından nəzərdən keçirilir. Sovet
iqtisadi ədəbiyyatında bankların investisiya fəaliyyəti dedikdə, uzunmüddətli
ssuda kapitalının səfərbər edilib borcalanlara təklif edilməsi başa düşülürdü.
J.M.Keynes və onun tərəfdarları olan Schneider,
Lohman, Richti kimi alimlər isə investisiyanı: pul ehtiyatlarının müxtəlif
istehsal vasitələrinə çevrilməsi kimi ifadə etməklə, onu makroiqtisadi baxımdan
dəyərləndirirlər.
V.M. Usoskinin qeydlərində deyilir ki, bank
investisiyalarına örtülmə məqamı 1 ildən yuxarı olan qiymətli kağızlara aiddir.
İnvestisiyalar iki cür anlaşıla bilir. Belə ki, həm kommersiya bankının
ehtiyatlarının yerləşdirmə istiqamətləri kimi, həm də gəlir əldə etmək məqsədilə
pul vəsaitlərinin müddətli yerləşdirilməsi üzrə əməliyyatlar kimi başa düşülür.
Birinci halda investisiyalara kommersiya bankının aktiv əməliyyatlarının bütün
kompleksi aid edilir. İkinci vəziyyətdə, yəni, gəlir əldə etmək məqsədilə pul vəsaitlərinin
müddətli yerləşdirilməsi üzrə əməliyyatlar kimi baxıldıqda isə bura onun müddətli
tərkib elementi aid edilir.
Xarici ədəbiyyatda bank sferasında investisiya fəaliyyətinə
aşağıda göstərilən iki tip xidmətlərin göstərilməsi üzrə biznes kimi baxılır:
Ø
qiymətli
kağızları onların birincili bazarına yerləşdirməklə və ya qiymətli kağızları
buraxmaqla nəğd pulun artırılması;
Ø
ikincili bazarda mövcud qiymətli kağız
alıcılarının və satıcılarının əlaqələndirilməsi.
Bank sferasında investisiya fəaliyyətinə iki
aspektdən yanaşmaq mümkündür. İqtisadi subyekt (bank) nöqteyi-nəzərdən
investisiya fəaliyyəti bankın gəlirlərinin artırılmasını hədəf götürmüşdür.
Makroiqtisadi aspektdə investisiya fəaliyyətinin effekti ictimai kapitalın
artımına nail olunmasından ibarətdir. bankların investisiya prosesində
iştirakını öyrənərkən bankların investisiya fəaliyyətinin ikili xarakterini nəzərə
almaq lazımdır.
Aqrar sahənin tənzimlənməsində
investisiya siyasətinin həyata keçirilməsində banklar mühüm rol oynayır.
İnvestisiya siyasəti bir qayda olaraq geniş təkrar istehsalın reallaşdmlmasına,
istehsalın intensivləşdirilməsinə istiqamətlənir və bu məqsədlə aşağıdakı tədbirləri
həyata keçirməsini özündə əks etdirir:
- investisiya kreditləri dövlətin faiz stavkalannm
subsidiyalaşdınlması;
- aqrar sahədə fəaliyyət göstərən əmtəə istehsalçılarına
investisiya kreditlərinin verilməsi;
- aqrolizinqin investisiyalaşdınlması;
- investisiya institutlarının inkişafı və yaradılmasına əlverişli
şəraitin təmin edilməsi;
- kənd təsərrüfatı əmtəə istehsalçılarının maliyyə fəaliyyətinin
stimullaşdırılması məqsədilə ixrac subsidiyalarının verilməsi;
- kənd təsərrüfatı məhsul istehsalının həyata keçirilməsi
məqsədilə idxal olunan xammalın gömrük rüsumlarından azad edilməsi;
Aqrar sektorada investisiyanın qiymətləndirilməsinin
əsas məqsədi - bank kreditlərinin alınması bank kreditləşməsinin inkişafı dəqiq
və obyektiv mənzərəsini verən bir neçə əsas və ən informativ parametrlərinin dəyişdirilməsi,
kredit portfelinin strukturunda, o təhlükəliliyi və kredit əməliyyatlarının gəlirlilik
səviyyəsini artırır. Belə informasiya bank kreditləşməsinin səmərəliliyi
kompleks təhlilinin aparılması nəticəsində əldə oluna bilər. Kreditin səmərəli
həyata keçirilməsinin təhlili onun inkişaf istiqamətlərini izləmək imkanı verir
və idarəetmə qərarlarının arasında bağlayıcı formalaşmasına xidmət edir və
birbaşa kreditlərin verilməsi üzrə fəaliyyəti həyata keçirir.
İnvestorlar daha çox fərdi ailə təsərrüfatlarını
maliyyələşdirməyə daha maraqlı görsənirlər. Burada əsas məqsəd kənd təsərrüfatının
inkişafı aqrar sahənin genişlənməsinə gətirib çıxardır bu isə sonradan sərmayəçilərə
yeni kreativ planların irəlidə geniş gəlirlilik gətirmə prinsiplərini fərdi
sahibkara aşılamaqla onunla birgə iş qurmaq siyasətini həyata keçirməkdir.
Bankların investisiya əməliyyatları bankın cəlb
etdiyi vəsaitlərin yerləşdirilməsi üzrə müxtəlif mənbələr real hesab edilir və
bu əməliyyatın xarakterindən asılı olaraq bu mənbələr tərəfindən keçirilən
investisiya əməliyyatlarının təsnifatını aparmaq olar.
İnvestisiya əməliyyatları üzrə borcalanların
(subyektlər) əsas qrup müxtəlif əlamətlər üzrə təsnif etmək olar, ilk növbədə:
1)
Dövlət
hakimiyyət orqanları (dövlət qiymətli kağızları) sərmayə
2)
Kommersiya
bankları (banklararası kreditlər) sərmayə
3)
Sənaye
və kənd təsərrüfatı (kommersiya kreditləri) investisiyaları
4)
Korporativ
qiymətli kağızlara investisiyalar
Kommersiya bankları sərmayədən gəlir əldə etmək
deyil eyni zamanda müştərilərə etibarlı xidmət göstərməklə öz imicinidə qorumaq
siyasəti aparır. Məqsəd fiziki şəxlərin banklara olan etibarını artırmaqla öz
investisiya siyasətini qalqın köməyilə ilə tətbiq etməkdir.
Bunun üçün o, maliyyə vəziyyətinin
yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin keçirilməsi və s lizinqi üzrə kredit xətti
açmaq, avadanlıq qoymaq gərəklidir.
Aqrar sahibkarlıq və digər fəaliyyətlərə yönəldilmiş
pul vəsaiti, məqsədli bank depoziti, səhm və digər qiymətli kağızlar, əmlak,
intellektual mülkiyyət və sairə bank investisiyası hesab edilə bilər. Bəzən
bankların investisiya fəaliyyətinə gəlir əldə edilməsi məqsədilə müəyyən müddətə
pul vəsaitinin yerləşdirilməsi üzrə bütün əməliyyatlar aid edilir, başqa sözlə,
bankların bütün aktiv əməliyyatları investisiya hesab edilir. Əslində isə bu
yanaşma düzgün deyildir. Belə ki, mərkəzi bankda olan vəsaitlər kimi aktivlər,
bank üçün işləmədiyinə görə investisiya hesab oluna bilməz.
Hal-hazırda investorlar daha tez verimli
sahibkarlıq fəaliyyətinə vəsait qoyurlar. Əsas vəsait qoyuluşunun kredit metodu
ilə aparılması daha önəmli hesab edilir. Bu vəsaitin qaytarılmaqlı olması ilə əlaqədardır.
Bankların investisiya əməliyyatları onların fəaliyyətinin digər istiqamətlərindən
xüsusi də müştərilərin kreditləşdirilməsi əməliyyatlarından fərqlənir.
Bankların investisiya prosesində iştirak etmə zəruriyyəti
bank sisteminin və ümumilikdə iqtisadiyyatın uğurla inkişaf etməsinin
qarşılıqlı asılılığından irəli gəlir. Banklarının investisiya prosesində
iştirak etməsinin əsas istiqamətləri aşağıdakılardır:
1) vəsaitlərin investisiya məqsədi ilə banklar tərəfindən
səfərbəredilməsi;
2)
investisiya xarakterli kreditlərin təqdim edilməsi və vəsaitlərin qiymətli
kağızlara yatırılması (paylar və pay iştirakı, həm bank hesabına həm də müştərinin
tapşırığı ilə)
Aqrar sektorda investisiya-gəlir əldə etmək məqsədi
ilə uzun müddətli kapital qoyuluşudur. Bütün dünyada həm inkişaf etməkdə olan və
həm də inkişaf etmiş ölkələrdə investisiyalar qoyulur. Hər il dünya təsərrüfatında
2.0-3 trl. ABŞ dolları dəyərində ivestisiya qoyuluşları həyata keçirilir. Əsas
investisiya ixrac edən ölkələr dünyanın inkişaf etmiş 7 sənaye ölkəsidir- ABŞ,
Fransa Almaniya, İngiltərə, İtalya, Yaponiya və Kanada.
Ümumdünya Bankı iqtisadiyyatda dörd isahat modelini
fərqləndirir.
1. Postsosialist sənayə modeli- bu model əvvəllər mərkəzləmiş
qaydada planlaşdırma və bölüşdürmənin həyata keçirildiyi MDB ölkələri və
Baltikyani ölkələr üçün xarakterikdir.
2. Latınamerika modeli- bu iqtisadi sabitliyin və
ticarətin liberallaşdırılmasının birləşməsi ilə xarakterizə olunur. Bu Latın
Amerikası, Cənub-Şərqi Asiya, Yaxın Şərq və Şimali Afrikanın əksər ölkələrini əhatə
edir.
3. Afrika modeli- Afrika ölkələrində islahatların
aparılmasını əhatə edir. Bu ölkələrin iqtisadiyyatında aparılan islahatlar
iqtisadi geriləmənin qarşısını almaqdan ibarətdir.
4. Asiyanın aqrar ölkələri modeli ( Çin, Vyetnam) –
bu model Filippin və digər bu kimi ölkələr balanslaşdırılmış artımla iqtisadi
model həyata keçirirlər. Onlar kənd təsərrüfatının prioritet inkişafında digərlərindən
fərqlənir. Belə ki, İndoneziya , Malaziya, Tayland yüngül və ağır sənayenin
inkişafının dəqiq texnologiya ilə keçidini nəzərdə tuturlar.
Analizin nəticələrinə görə təxminən dünyanın 140
aparıcı pərakəndə bankları Boston *Consulting Group (BCG) tərəfindən məlum olub
ki, investitisiya gəlirlərinin bankların gəlirlərinin ümumi kütləyə növbəti təsiri:
2012-ci ildə - 48%, 2015-ci ildə 52%, 2018-ci ildə - 50% təşkil etmişdir. Bölgələrdən
asılı olaraq bu göstəricilər fərqlidir. Belə ki, onda asiya banklarında 28% -i,
əgər 2015-ci ildə ABŞ-da bu göstərici 59% təşkil edib.
Araşdırmalar
göstərir ki, investisiyaları cəlb etməsi sferasına maliyyə siyasətinin kifayət
qədər geniş yayılmış 3 modeli fərqləndirilir ki, bu modellər də bir-birindən əsas
etibarilə tənzimlənmənin xarakteri müəssisələr kapitalın cəlb edilməsinin
metodları və mənbələrin strukturu, eləcə də investorların davranışı ilə yarana
bilən xüsusiyyətlər baxımından müxtəlifliyə malik olurlar.
Bu baxımdan
investisiyanın cəlb edilməsi sferasından maliyyə institutlarının bir- birindən
fərqlənən 3 modelini aşağıdakı kimi xarakterizə etmək olar:
- İngilis, Amerikan modeli (ABŞ, Böyük Britaniya);
- Kontinental model (Almaniya, Yaponiya);
- Tayvan modeli.
Adı çəkilən modellərdən
istifadə zamanı bu və ya digər maliyyə vasitələrdən istifadə edilir ki, bu isə
özünəməxsus müsbət və destruktıv cəhətlərə malikdir. Belə ki, maliyyə siyasətinin
müxtəlif modellərinin mövcudluğu ilk növbədə hər bir ölkənin maliyyə sisteminin
fərqli olması, eləcə də hər bir ölkənin tarixi xüsusiyyətləri, geopalitik
mövqeyi, iqtisadi İnkişafının səviyyəsi və iqtisadi sisteminin xarakteri ilə
sıx bağlıdır.
Cədvəl 1. Beynəlxakq təcrübədə investisiyaların cəlb
edilməsi sferasında maliyyəinstitutlarının siyasəti modellərinin
xarakteristikası
Xarakteristika
|
İnvestisıyaların
cəlb edilməsi sferasında maliyyə siyasətinin modelləri
|
||
İngilis-Amerkan
|
Alman-Yapon
|
Tayvan
|
|
Maliyyə
İnstitutları
|
Fond birjaları
|
Bank və kredit təşkilatları
|
Müxtəlif maliyyə institutuları
|
İnvestisiya
mənbələrinin
strukturu
|
Maliyyə resurs-larının ümumi
struk-turunda cəlb edil-miş kapitalın üstünlük təşkil etməsi
|
Maliyyə resurs-larının ümumi
strukturunda borc kapitalının üstünlük təşkil etməsi
|
Xarici kapital və məhsul satışından əldə
edilən mənfəət
|
İnvestisiya
siyasətinin
kordinasiyası
|
İqtisadiyyatın inkişafının mövcud vəziyyəti
və proq-nozları haqqında informasiyanın toplanması ilə bağlı məsələlərin
kordi-nasiyasını dövlət öz üzərinə götürür
|
Dövlətin kordinasiya funksiyaları
resursların müəs-sisələrə güzəştli şərtlərlə veril-məsini, əmtəə
istehsalçılarına informasiya-məsləhət xidmət-lərinin göstəril-məsini özündə əks
etdirir.
|
Dövlət innovasiya texnoloji proseslərin
maliyyələşdirilməsi, eləcə də infrastruk-turun təşkili ilə bağlı fəaliyyət həyata
keçirir
|
Modelin üstünlü
|
Bu model investi-siya resurslarının səmərəli
bölüşdü rülmə sini təmin edir
|
Bu model səmə-rəli investsiya fəaliyyətinin
həyata keçiril-məsində mövcud resursların səfər-bərliyə alınmasında əhəmiyyətli
rol oynayır.
|
Bu modelin tətbiqi zamanı innovasiyalann
investisyalaşdırıl-ması üstünlük təşkil edir
|
Modelin
çatışmamazlığı
|
Əmanətlərə stimulların olmaması
yığımın kəskin artırılması ilə bağlı
stimulların olmamaı
|
Aparıcı pul-kredit parametr-lərində
mümkün arzuolunmaz dəyişikliklər
|
İxrac sahələrinin iqtisadiyyatın digər
sahələri ilə müqayisədə üstün inkişafı
|
Mənbə: Əliyev V. N. (2015) “Bankların
aqrar sektorda investisiya cəlbediciliyini
tənzimlənməsi problemləri” //İqtisadiyyat.-2018.- 6-10 may. s.3-5
Cədvəldən
göründüyü kimi, qeyd olunan modellər bir-birindən əsas etibarilə bazarın
kapitallaşma səviyyəsinə, maliyyələşmənin modellərindən istifadə dərəcəsi
baxımından fərqlənir. Aşağıdakı cədvəldə müxtəlif modelə malik olan ölkələrdə
ümumi daxili məhsulun fond bazarının kapitallaşmasına nisbəti öz əksini
tapmışdır. Bu isə ilk növbədə yeni texnologiyaların tətbiqi baxımından yaranan
yeni kapitalın, əsas kapitalın dəyərinə nisbəti ilə də xarakterizə edilir.
Cədvəl 2.Müxtəlif ölkələrdə kapitallaşma göstəriciləri
Ölkələr
|
Bazar kapitalının ümumi daxili məhsula nisbəti
|
Yeni kapitalın dəyərinin əsas kapitalm
dəyərinə nisbəti
|
Almaniya
|
28%
|
3,6%
|
Fransa
|
38%
|
5,0%
|
Yaponiya
|
67%
|
1,4%
|
Böyük Britaniya
|
143%
|
17,8%
|
ABŞ
|
112%
|
19,4%
|
Rusiya
|
9%-ə yaxın
|
-
|
Mənbə: Əliyev V. N. (2015) “Bankların
aqrar sektorda investisiya cəlbediciliyini
tənzimlənməsi problemləri” //İqtisadiyyat.-2018.- 6-10 may. s.3-5
Aparılan
araşdırmalar göstərir ki, müxtəlif ölkələrin şirkətləri kapitalın strukturunda
kəskin fərqlərə malikdirlər. Bu da əsas etibarilə həmin ölkənin milli xüsusiytlərindən
bilavasitə asılı olur. Maliyyə siyasti çərçivəsində iqtisadiyyatın bu və ya digər
sahələrinə investisiyaların cəlb edilməsi prosesinə qloballaşma prosesi də əhəmiyyətli
dərəcədə təsir göstərir. Məhz bunun nəticəsidir ki, son illər müxtəlif ölkələrin
kapital bazarlarında mövcud olan modellərin inteqarsiyası prosesləri müşahidə
olunmaqdadır. İlk növbədə birbaşa xarici investisiyaların məhdudiyyətsiz
axımının güclənməsi, eləcə də transmilli kooperasiyların fəaliyyətinin genişlənməsi
və internet şəbəkələrinin geniş şəkildə istifadə edilməsi İlə sıx bağlıdır,
İnternet şəbəkələrinin kapitalın cəlb edilməsi ilə bağlı təsir qüvvəsi kifayət
qədər geniş vüsət almaqdadır.
Qeyd etmək
lazımdır ki, iqtisadiyyatın stabilləşdirilməsinə qədərki mərhələdə xüsusilə aqrar ərzaq sənaye kompleksi müəssisələrinin banklarda investisya hesablarının formalaşdırılması zəruri idi. Təbii ki, bütün bunlar müəyyən şərtlər daxilində
olmalıdır ki, ilk növbədə də buraya indeksasiya yolu ilə əsas fondların yenidən
qiymətləndirilməsinin həyata keçirilməsi, eləcə de əsas fondların yenidən
qiymtləndirilməsi zamanı onun yeniləşdirilmə dərəcəsinin artırılması əsas
götürülməlidir. Əsas vəsaitlərin dəyərinin yeniləşdirilməsi zamanı təbii ki,
onların natural əşya formasında və dəyər ifadəsində qiymətləndirilməsi nəzərə
alınmalıdır. Bundan əlavə daxili yığım proseslərinin stimullaşdırılmasımn
maliyyə metodlarına bir qayda olaraq müəssisənin amortizasiya siyasətinin dəyişməsi
də şamil edilir.
Bazar iqtisadiyyatı şəraitində respublika
iqtisadiyyatının inkişafı ilk növbədə pul-kredit sahəsində radikal islahatların
aparılmasından və bu sahədə investisiya fəaliyyətinin aktivləşməsindən
asılıdır. Ölkə iqtisadiyyatına investisiya resurslarının axını əsasən neft-qaz
sənayesinə yönəldilməsi nəticəsində digər sahələrdə investisiya «qıtlığı»
olmuşdur. Qeyd etmək lazımdır ki, respublikanın aqrar sahəsində investisiya
qıtlığı perspektiv dövrdə ərzaq probleminin həllində müəyyən çətinliklər törədə
bilər. İnvestisiya qoyuluşlarının aqrar sahədə qıtlığı son nəticədə kənd təsərrüfatında
kütləvi işsizliyin yaranmasına səbəb ola bilər. Kənd təsərrüfatında bu
problemin həlli istiqamətlərindən biri aqrar sahəyə daxili və xarici
investisiyaların cəlb olunmasını sürətləndirməkdən, səmərəli investisiya
mühitinin formalaşmasından ibarətdir.
Son illər respublikamızda aqrar istehsalını
stimullaşdırılması xeyli aktivləşdirilmişdir. Göstərmək olar ki, pambıqtəmizləmə
zavodlarının özəlləşdirilməsi və xarici kapitalın buraya cəlb olunması, Bakı
tütün kombinatına 50 mln. ABŞ dolları məbləğində xarici investisiyaların
qoyulması respublikamızda aqrar sənayenin inkişafına müsbət təsir etmişdir. Bu
sahədə investisiya qoyuluşu emal sənayesində 700 iş yerlərinin bərpasına, aqrar
sahənin tütünçülük bölməsində isə 20 mindən çox kənd əhalisinin cəlb
olunmasına, pambıqçılıq rayonlarında işsizliyin aradan qaldırılmasına əhəmiyyətli
dərəcədə müsbət təsir göstərmişdir.
Aqrar sahədə
uzunmüddətli kreditləşdirmə sistemin tətbiqi və bütövlükdə aqrar, sənaye
istehsalının inkişafında iqtisadi faktorların geniş şəkildə yayılmasını
xarakterizə oluna bilən ipoteka kreditlərinin cəlb edilməsi həm də kənd təsərrüfatı
əmtəə istehsalçılarının maliyyə vəziyyətinə dövlət müdaxiləsinin başlıca vaistəsi
kimi də dəyərləndirilməlidir. Xüsusilə, aqrar sənaye istehsalının gələcək dövrdə
inkişaf etdirilməsi, ilk növbədə, aqrar sahənin maliyyələşdirilməsinin əsas mənbələrinin
müəyyənləşdirilməsini özündə əks etdirən etibarlı və çevik mexanizmin
formalaşdırılmasım zərurətə çevirir.
Təbii ki,
hazırki şəraitdə kənd təsərrüfatı əmtəə istehsalçılarının maliyyə resurslarına
olan tələbatının ödənilməsi məqsədilə, onlann investisiyalaşdınlması, xüsuılə
burada büdcə resurslarından istifadə edilməsi daha çox önəm daşıyır, təbii ki,
kənd təsərrüfatımın investisiya cəlbediciliyinin aşağı olması, eləcə də aqrar
sahənin dövlət təminatı mexanizminin yetərli olaraq, inkişaf etməməsi, nəticə
etibarilə, yalnız dövlət büdcəsindən məqsədli proqramlar çərçivəsində kənd təsərrüfatına
büdcə investisiyalarının ayrılmasını təmin edə bilər.
Təbii ki, xarici kapitalın sahənin spesifik
xüsusiyyətləri və azgəlirliyi baxımından kənd təsərrüfatına uzunmüddətli vəsait
yönəltməsi inandırıcı görünə bilmir. Eyni zamanda yerli kommersiya
strukturları, daha doğrusu, kommersiya bankları da sahənin investisiya cəlbediciliyinin,
eləcə də adı çəkilən digər neqativ tendensiyaların və ən nəhayət, risklərin
kifayət qədər sığortalanmaması səbəbindən kənd təsərrüfatında irimiqyaslı
investisiyalar həyata keçirə bilmirlər.
Odur ki,
hazırki mərhələsində kənd təsərrüfatının maliyyə-kredit mexanizminin təkmilləşdirilməsi
məqsədilə, dövlət büdcəsindən iri miqyaslı vəsaitlərin ayrılması, kənd təsərrüfatının
istehsal infrastrukturunun ve bazar infrastrukturunun müasir tələblərə
uyğunlaşdırılınası vacibdir. Kənd təsərrüfatı əmtəə istehsalçılarının maliyyə vəziyyətinin
sabitləşdirildiyi şəraitdə investisiyaların strukturundakı nisbətlər də dəyişəcəkdir.
Belə ki, fıkrimizcə, növbəti situasiyalarda dövlət büdcəsindən ayrılan vəsaitin
xüsusi çəkisinin 20%, yerli büdcədlərdən ayrılan vəsaitin 40%, bank kreditlərinin
10%, müəssisənin əsasnöv xüsusi vəsaitəlrinin 25%, digər investisiyaların
xüsusi çəkisinin isə 5% olacağı təxmin edilə bilər.
Beynəlxaql təcrübədə
maliyyə-sənaye qruplarının yaradılması kənd
təsərrüfatında geniş təkrar istehsalın istehsal mərhələsindən tutmuş
istehlakçıya qədər çatdınlana qədərki bütün prosedurlarda əhəmiyyətli rola
malikdir və bu şəbəkə götürdükdə, ərzaq məhsullarının istehsalının inkişafına
investisiya qoyuluşlarının həyata keçirmək iqtidarındadır.
Qeyd etmək
lazımdır ki, kənd təsərrüfatı bütövlükdə emal sənayesinin mühüm xammal bazası
kimi çıxış edir. Bu baxımdan emal sənayesinin inkişaf etdirilməsi daha çox
yerli xammala əsaslanmalıdır ki, bu da nəticə etibarilə əhalinin məşğulluğunun
təmin edilməsinə və əhali gəlirlərinin atırılmasma əlverişli şərait yaradır.
Mehz bu aspektdən yanaşdıqda emal sənayesinin mühüm xammal bazası olan kənd təsərrüfatında
maliyyə resurslamın təmərküzlşdirüməsi mühüm əhəmiyyət kəsb edən məqamlardandır
ki, bu sahədə də bankalrın investisiya
siyasətinin əsas istiqamətləri, adı çəkilən sahələrin maliyyələşdirilməsinə və
həmin sahələrdə kapital resurslarına olan tələbatın ödənilməsinə istiqamətlənməlidir.
Maliyyə təminatının
formalaşdırılması və eləcə də iqtisadiyyatın ayn-ayn sahələrinə maliyyə
resurslarının cəlb edilməsində müxtəlif kanallardan istifadə edilir ki, bu
kanalların da son nəticədə, investisiya proseslərinə çevrilməsi, bütövlükdə
dövlətin və iqtisadi strukturların fəaliyyətindən bilavasitə asılıdır. Təhlil
göstərir ki, əhalinin əmanətlərinin investisiyaya çevrilməsində banklar önəmli
rol oynayır. Belə ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kredit
kooperasiyalarının effektiv fəaliyyət göstərməsi və inkişafı təkmil
qanunvericilik bazasına əsaslanmalıdır. Bu isə ilk növbədə, kreditlərin
kooperativ istiqamətlərinin formalaşdınlmasımn bu cəhətdən təsdiqlənməsi ilə
sıx bağlıdır. Təhlil göstərir ki, kənd təsərrüfatı əmtəə istehsalçılarının fəaliyyətinə
maliyyə resurslarının cəlb edilməsində investisiya bankları da prioritet rola
malikdir. İnvestisiya bankları ilə dövlət arasında qarşılıqlı əlaqələr, bir
qayda olaraq, aşağıdakı əsasda reallaşdırılır:
- investisiya məqsədlərinə yönəldilən dövlət
resurslarının müəyyən hissəsinin investisiya banklarına verilməsi;
- müxtəlif banklar vasitəsilə institusional
investisiyaların dəstəklənməsi.
Makroiqtisadi
nöqteyi-nəzərdən bank sisteminin çoxukladlılığı, bir qayda olaraq, böhranlı
situasiyaların effektiv şəkildə qarşılanmasında, eləcə də iqtisadiyyatın
ayrı-ayn sektorlarının və regionların bank xidmətlərinə olan ehtiyaclarının ödənilməsində
mühüm rol oynayır. Qısamüddətli perspektivdə bank sferasındakı mövcud vəziyyətin
normallaşdırılması məqsədilə, kredit ittifaqlarına, kooperativlərə və
qarşılıqlı kreditlər verən cəmiyyətlərə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb
edir. Problemə bu aspektdən yanaşdıqda, aqrar sahədə fəaliyyət göstərən təsərrüfat
subyektlərində kreditləşmənin təşkili məqsədilə, aşağıdakı prinsiplər ön plana
çəkilməlidir:
- bank sistemində çoxukladlılığın təmin edilməsi;
- elmi-texniki tərəqqinin en yeni nailiyyətlərinin tətbiqi,
təsərrüfat subyektlərinin modernləşdirilməsi və rekonstruksiyasının təmin edilməsi
məqsədilə, investisiya xarakterli kreditlərin genişləndirilməsi;
- təsərrüfat subyektlərinin istehsal proseslərinin həyata
keçirilməsi üçün zəruri olan maddi-texniki bazanı zənginləşdirmək üçün kreditlərin
verilməsi;
- regionlar çərçivəsində bu və ya digər istehsal sahələrinin
güzəştli kreditlərin verilməsinin prioritet istiqamətlərinin stimullaşdırılması
və onun sahələr üzrə diferensiallaşdınlması;
- aqrar sahədə fəaliyyət göstərən müəssisələrin geniş təkrar
istehsal prosesini həyata keçirməsi məqsədilə, güzəştli faiz stavkalan ilə
kommersiya banklarından verilən kreditlərin müəyyən hissəsinin dövlət büdcəsindən
kompensiasiya olunması;
- müəyyən kredit növləri üzrə, o cümlədən ipoteka,
investisiya kreditləri, bu və ya digər əmlakın girov qoyulması yolu ilə dövlət
kreditlərinin verilməsi zamanı kredit institutlarının funksional
diferensasiyasmın həyata keçirilməsi.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, aqrar
sahənin maliyyə-kredit resurslarının cəlb edilməsində kooperativ aksiyalar
bazan da önəmli rol oynayır. Lakin qeyd etmək lazımdır ki, transformasiya
prosesini yaşayan ölkələrdə kooperativ aksiyalar bazan, demək olar ki, maliyyə
resurslarının real investisiyalara çevrilməsi ilə bağlı funksiyalara yerinə
yetirə bilmir. Məhz bunun nəticəsidir ki, kooperativ qiymətli bütövlükdə
investisiyaların 1%-i hesabına maliyyələşdirilir. Bu baxımdan transformasiya
prosesini yaşayan ölkələrin fond bazarlarında, demək olar ki, səhm kapitalının
xırda bir hissəsi dövriyyəyə buraxılır. Bu baxımdan müasir şəraitdə aqrar sahədə
fəaliyyət göstərən təsərrüfat subyektlərinin əksəriyyəti aşağı emissiya
aktivliyi ilə fərqlənir. Aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin
emissiya fəaliyyətinə mənfi təsir göstərən amillərin sistemləşdirilməsi və
habelə, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən stimullaşdırıcı tədbirlərlə
bağlı məsələlər aşağıdakı cədvəl 3.1.-də öz əksini tapmışdır:
Cədvəl 3. Aqrar sahədə fəaliyyət
göstərən təsərrüfat qurumlarının emissiya fəaliyyətinin stimullaşdırılması ilə
bağlı tədbirləri
Aqrar sahədə fəaliyyət göstərən,
təsərrüfat qurumlarının fond bazarlarına daxıl olmasını əngəlləyən səbəblər
|
Problemin
mahiyyəti
|
Aqrar
sahədə sahibkarlıq subyektlərinin emissiya fəaliyyətinin stimullaşdınlması ilə
bağlı dövlət tədbirləri göstərən təsərrüfat qurumlarının
|
Aşağı
gəlirlilik
|
İstehsalın
rentabelliyinin aşağı olması imılvasiyalardan məhdud şəkildə istifadəni,
elmi-texniki tərəqqinin en yeni nailiyyətlərinin istehsalata tətbiqini və təsərrüfat
subyektlərinin informasiya bazarına çıxışım məhdudlaşdırır.
|
Yüksək
səmərəli ve innovasiya texnologiyalarına əsaslanan istehsal ve satış layihələrini
işləyib hazırlamaq məqsədilə aqrar sahədə fealiyyet gösterən təserriifat
subyektlərinin elmi- texniki və işgüzar informasiyaların əldə edilməsində köməkliklərin
göstəriliməsi
|
Aşağı
likvidlilik
|
Kapital
qoyuluşlarını həyata keçirən emitent müəssisələrin maliyyələşdirilməsi və
investorların gəlirlərin əldə edilməsi atasında uyğun suzluğım mövcudluğu
|
İstiqraz
vərəqələrinin əldə edilməsi ile bağlı faizlərin ödənilməsinə çəkilən xərclərin
müəyyən hissəsinin dövlət büdcəsindən kompensasiya edilməsi və eləcə də
investisiya-vergi kreditlərinin verilməsi
|
Etimadın
aşağı olması
|
İnvestorların
aqrar ərzaq kompleksi müəssisələrinə qiymətli kağızların assiqnasıyası ilə
bağlı maliyyə. resurslarının qaytarılmasına təhdidlərin mövcudluğu, həmçinin
investisiya edilmiş maliyyə resurslarının alıcılıq qabiliyyətinin aşağı
olması
|
Səmərəli
girov sisteminin formalaşdırılması, dövlət təminatının reallaşdırılması.
|
Emissiyalann
məhdud həcmi
|
Aqrar
ərzaq kompleksində fəaliyyət göstərən ayn-ayn müəssisələrin məcmu kapitalının
həcminin aşağı olması
|
İnteqrasiya və kooperasiya
proseslərinin inkişafı. İnvestisiyaların cəlb edilməsi ilə bağlı -
investisiya maliyyə konsorsiumlarının yaradılmasında dövlət orqanlarının
iştirakı
|
Təşkilatlanmış fond
bazarlarına daxil olma problemləri
|
Xüsusilə, kənd təsərrüfatı əmtəə
istehsalçıları üçün emissiyalann həcminin aşağı olması, qiymətli kağızların
emissiyası və yerləşdirilməsi ilə bağlı təşkilati və təsərrüfat xərclərinin
yüksək olması
|
Aqrar sahə müəssisələrinin
emissiya fəaliyyətini tənzimləyən qanunvericilik aktının qəbul edilməsi,
regional investisiya proqramlarının hazırlanması və reallaşdırılması
|
informasiya məsləhət xidmətinin
səviyyəsinin aşağı olması
|
Emissiya proseslərinin təşkili
ilə bağlı nəzəri və praktik məsələlərin həlli ilə bağlı məsləhət xidmətlərinin
məhdudluğu
|
Qiymətli kağızlar bazarının
iştirakçılarına qiymətli kağızların yerləşdirilməsi ilə bağlı aidiyyatı dövlət
orqanları tərəfindən informasiya məsləhət xidmətlərinin göstərilməsi
|
Aqrar sahədə əhalinin əmanətlərinin
inves ti s iy alaşdınl ması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməməsi
|
Aqrar sahənin müəssisələrinin
qiymətli kağızlarına əhalinin tələbinin aşağı olması
|
İnvestisiya və qeyri-dövlət
pensiya fondlarının, əhaliyə xidmət edən sığorta şirkətlərinin geniş şəbəkəsinin
yaradılması; investorlara investisiya vergi kreditlərinin, güzəştlərin,
subsidiyaların, dövlət təminatlarının verilməsi
|
Mənbə: Əliyev V. N. (2015) “Bankların
aqrar sektorda investisiya cəlbediciliyini
tənzimlənməsi problemləri” //İqtisadiyyat.-2018.- 6-10 may. s.3-5
Cədvəldən
göründüyü kimi, aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri, o cümlədən kənd təsərrüfatı xammalı istehsal edən aqrar əmtəə istehsalçıları aşağı gəlirliyi ilə xarakterizə olunur. Aqrar sahədə fəaliyyət göstərən kənd təsərrüfatı əmtəə istehsalçılarının gəlirlik səviyyəsinin aşağı olması, bütövlükdə, istehsalın son nəticələri kimi rentabelliliyİn səviyyəsinin
aşağı olması, eləcə də innovasiyalardan məhdud səviyyədə istifadə edilməsi
elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin istehsalata tətbiqi
imkanlarının məhdud olması, eləcə də təsərrüfat subyektlərinin bazara çıxış
imkanlarının məhdudlaşması ilə sıx bağlıdır. Bazarda vəziyyəti mürəkkəbləşdirən
ən mühüm cəhətlərdən biri də ondan ibarətdir ki, aqrar sahədə geniş təkrar
istehsal daha çox təbii iqlim şəraitindən asılı olmaqla, riskli xarakter
daşıyır.
Dünya təcrübəsi
gösterir ki, bu problemin həlli kredit bürolarının yaradılması yolu ilə həll
edilir, Kredit bürolarının yaradılması, əsas etibarilə, kredit və onun faiz
stavkası ilə bağlı informasiya bazalarının toplanması ilə sıx əlaqədardır.
Kredit bürolarının formalaşdırılması prosesinə, ilk dəfə olaraq, 1803 -cü ildə
Londonda qarşılıqlı kreditlər cəmiyyətinin yaradılması ilə başlanmışdır.
İnkişaf etmiş ölkələrdə kredit bürosunun məlumat bazası, demək olar ki, uzun
illərdir ki, mövcuddur. Belə ki, kredit bürosunun məlumat bazası Avstriyada
1860-cı ildən, İsvesçə 1890-cı ildən ABŞ-da 1890-cı ildə, Hollandiyada 1900-cü
ildə, Cənubi Afrika Respublikasında 1901-ci ildə, Kanadada isə İ919-cu ildə
toplanmışdır. Kredit bürosu, demək olar ki, öz fəaliyyətini hələ XIX əsrin
sonlarında başlamış və XX əsrin əvvəllərindən etibarən ise kifayət qədər təşkilatlanmışdır.
Kreditorların mübadilə etdikləri informasiyaların həcmi, əsasən, kredit
bürolarının şəbəkələrinin köməyi ilə toplanılır və bu kifayət qədər irihəcmlidir.
Belə ki, ABŞ-da, Belçikada, Braziliyada, Böyük Britaniyada, Yaponiyada,
Almaniyada əhalinin sayının artımı ilə bağlı və digər demoqrafik məsələlər də
kredit bürolanın informasiya şəbəkəsinə daxil edilir.
İqtisadiyyatın
qeyri-neft sektorunun, o cümlədən aqrar sektora
investisiya çatızmamazlığı artmış, o cümlədən kənd təsərrüfatının
investisiya çatızmamazlığı istifadənin iqtisadi səmərəliliyi azalmış və
fondların fiziki və mənəvi cəhətdən köhnəlməsi prosesi güclənmişdir. Milli
iqtisadiyyatın inkişaf etdirilməsi və dövlətin strateji hədəfllərinin
reallaşdırılması investisiya qoyuluşlarının xalq təsərrüfatı sahələri üzrə
optimal bölgüsünün həyata keçirilməsini tələb edir, bütün bunlar isə
investisiya fəaliyyətinin banklar tərəfindən tənzimlənməsinə yönəldilmiş tədbirlərin
heyata keçirilməsini özündə əks etdirir.
S.V.Salahovun
fikrincə, aqrar sektorda pul kütləsinin tənzimlənməsi: burada milli bankın
maliyyə siyasəti daha tsiklik xarakter daşıyır. Kənd təsərrüfatında istehsalın
artımını ləngidən pul kütləsinin çatışmazlığı dövründə Milli Bank ehtiyat
normasını azaltmalıdır və kommersiya bankları üzrə kredit dərəcələrinin faizləri
azaldılmalıdır. Bu zaman Milli Bank kütləvi miqyasda onlardan dövlət istiqraz vərəqlərini
almaqla, kommersiya banklarının maliyyə ehtiyatlarım artırmış olur. Əksinə,
inflyastiyanın artdığı dövrdə Milli Bank ehtiyat normasım da artırmalıdır. Bu
zaman Milli Bank kommersiya banklarının kredit üzrə faizini artırmaq məqsədilə,
onlara dövlət istiqrazlarını satır ve beləliklə, kommersiya banklarının müvafiq
gəlir əldə etməsinin qarşısını almış olur. Bu isə eyni zamanda həm də
iqtisadiyyatda möhtəkirliyin və inflyasiyanın qarşısının alınmasında mühüm əhəmiyyət
kəsb edir.( Salahov.S.V., 2014).
1.2. Azərbaycanda aqrar sektorda investitisiya
mexanizminin hüquqi bazası və onu şərtləndirən amillər
Azərbaycan Respublikasının iqtisadiyyatına
investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti
həyata keçirilir. Xarici investisiyaların, müasir texnologiyaların və
avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu
ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan
dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Keçən müddətdə respublikada investorların hüquq və mənafelərinin qorunması,
mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin
yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm
qanunlar qəbul edilmişdir.
Hazırda Azərbaycan Respublikasında investisiya fəaliyyətini
tənzimləyən iki qanun mövcuddur. Bunlar 15 yanvar 1992-ci ildə qəbul olunmuş
“Xarici investisiyaların qorunması haqqında” və 13 yanvar 1995-ci ildə qəbul
olunmuş “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
qanunlarıdır.
Xarici kapitalı ölkə iqtisadiyyatına cəlb etmək
üçün müvafiq qanun, normativ akt və qərarların qəbul edilməsi əsas şərtdir. Və
bu istiqamətdə ilk addım 15 yanvar 1992-ci ildə qəbul edilmiş “Xarici
investisiyaların qorunması” haqqında Azərbaycan Respublikasının qanunu oldu. (7
Aprel 1992-ci ildə və 5 Noyabr 1996-cı illərdə dəyişikliklər və əlavələr
edilmişdir). Bu qanun Azərbaycan Respublikasının ərazisində xarici investisiya
qoyuluşunun hüquqi və iqtisadi prinsiplərini müəyyən edir. Qanun xarici
investorların hüquqlarının müdafiəsinə təminat verir. Eyni zamanda qanun xarici
investorlara Azərbaycan Respublikasında qanunvericiliyin dəyişdirilməsi ilə
bağlı bəzi təminatlar verir. Belə ki, Azərbaycan Respublikasının sonrakı
qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə, 10 il ərzində
xarici investisiyaya investisiya qoyuluşunun həyata keçirildiyi zaman qüvvədə
olmuş qanunvericilik tətbiq edilir (qanunun 2-ci bölməsi 10-11-ci maddələr). Bu
müddəa müdafiənin, milli təhlükəsizliyin və ictimai qaydanın təmin olunması,
vergitutma, ətraf mühitin, əhalinin əxlaq və sağlamlığının mühafizəsi haqqında
Azərbaycan Respubkiasının qanunvericiliyinin dəyişdirilməsinə şamil edilmir.
Xarici hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının ərazisində mövcud
olan bütün müəssisələrin səhm və digər qiymətli kağızlarını satın ala bilər,
dövlət və bələdiyyə müəssisələrinin özəlləşdirilməsində iştirak edə bilərlər.
Hazırda
hüquqi şəxslərin dövlət qeydiyyatına alınması proseduraları da xeyli sadələşdirilmiş,
bu sahədə əvvəllər mövcud olmuş problemlər aradan qaldırılmışdır. Qeyd etmək
lazımdır ki, xarici investisiyalı müəssisələr Azərbaycan Respublikasının
qanunvericilik aktları ilə qadağan olunmamış hər hansı fəaliyyət növü ilə məşğul
ola bilərlər. Xarici investisiyalı müəssisələr Azərbaycan Respublikası Ədliyyə
Nazirliyində dövlət qeydiyyatına alınırlar. Dövlət qeydiyyatı “Hüquqi şəxslərin
dövlət qeydiyyatı haqqında” (1996-cı il) Azərbaycan Respublikasının Qanunu ilə
müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Xarici investisiyalı müəssisə dövlət
qeydiyyatına alındığı andan hüquqi şəxs statusu alır. (Xarici investisiyaların qorunması haqqında” Azərbaycan
Respublikasının Qanunu, Bakı şəhəri, 15 Yanvar 1992-ci il) Xarici investisiyalı müəssisələrin dövlət
qeydiyyatına alınması haqqında məlumat vəkil edilmiş dövlət orqanının tutduğu
Respublika Reyestrinə daxil edilir. Xarici investisiyalı müəssisəni dövlət
qeydiyyatına almaqdan yalnız o halda imtina edilə bilər ki, belə müəssisənin
yaradılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyini pozulmuş
olsun, yaxud qeydiyyat üçün zəruri sənədlər müəyyən edilmiş tələblərə uyğun gəlməsin,
habelə qarşıdakı fəaliyyət növləri Azərbaycan Respublikasının qanunvericiliyi
ilə qadağan edilmiş olsun. Dövlət qeydiyyatına almaqdan imtina olunduqda bu barədə
Azərbaycan Respublikasında məhkəmə qaydasında şikayət oluna bilər. Bu işlərdə
investorlara köməklik edən dövlət orqanı Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyidir.
Azərbaycanın qeyri-neft sektoruna investisiyaların
cəlb edilməsinin ən mühüm vasitələrindən biri özəlləşdirmə prosesidir. Xarici
şirkətlər ölkəmizdə aparılan özəlləşdirmə prosesində iştirak edə bilərlər.
Bununla əlaqədar olaraq, özəlləşdirmə qanunvericiliyində xarici şirkətlərin bu
prosesdə iştirakının qaydaları nəzərdə tutulmuşdur. Bu günədək Türkiyə, Amerika
Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya, Çin, İran, İsveçrə, Hollandiya və
bəzi digər ölkələrin investorları Azərbaycanda həyata keçirilən özəlləşdirmə
prosesində iştirak etmiş və müəssisələrin səhmlərinin ən azı 51 %-ni əldə edərək
onlara böyük məbləğdə investisiyalar qoymuşlar.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları
ilə yeni sahələrin, o cümlədən xarici investorlar üçün xüsusilə cəlbedici olan
metallurgiya, kimya, energetika, maşınqayırma, nəqliyyat, rabitə və digər sahələrdə
fəaliyyət göstərən şirkətlərin özəlləşdirməyə açılması xarici investisiya
axınına güclü təkan vermişdir.
“İnvestisiya
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan
Respublikasının ərazisində investisiya fəaliyyətinin (sərmayədarlığın) ümumi
sosial, iqtisadi və hüquqi şərtlərini müəyyənləşdirir. Qanun investisiyanın Azərbaycan
Respublikası iqtisadiyyatına intensiv cəlb olunmasına, ondan ölkənin
sosial-iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və
inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə yönəldilmişdir və
mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər
müdafiəsinə tə'minat verir.
Qanuna əsasən dövlət investisiya fəaliyyətinin həyata
keçirilməsi şərtlərinin sabitliyinə, onun subyektlərinin hüquqlarının və qanuni
mənafelərinin qorunmasına tə'minat verir. İnvestisiya fəaliyyətinin subyektləri
arasında bağlanmış müqavilənin şərtləri bu müqavilənin bütün müddəti ərzində və
hətta o bağlandıqdan sonra qanunvericiliklə subyektlərin vəziyyətini pisləşdirən
və ya hüquqlarını məhdudlaşdıran şərtlər müəyyən edildikdə belə, əgər onlar
müqavilə şərtlərinin dəyişdirilməsi barədə razılığa gəlməyiblərsə, qüvvəsini
saxlayır.
Dövlət orqanları və onların vəzifəli şəxsləri
qanunvericiliklə yol verilən və onların səlahiyyətinə daxil olan hallardan
başqa, investisiya fəaliyyəti subyektlərinin işinə qarışa bilməzlər.
Qanunla müəyyənləşdirilən hallardan başqa,
investisiya qoyulan obyektlərin seçilməsində investorların hüquqları məhdudlaşdırıla
bilməz. Dövlət orqanları və başqa orqanlar investorların və investisiya fəaliyyətinin
digər subyektlərinin hüquqlarını pozan aktlar qəbul etdikdə investisiya fəaliyyəti
subyektlərinə dəyən zərəri bu orqanlar tam həcmdə ödəməlidirlər. Zərərin ödənilməsi
barədə mübahisələrə aidiyyatı üzrə məhkəmə və ya arbitraj məhkəməsi baxır.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş tələblərə və ya investisiya fəaliyyətinin subyektləri arasında
bağlanmış müqavilə öhdəliklərinə əməl olunmadıqda tərəflər həmin aktlarla müəyyənləşdirilmiş
qaydada məs'uliyyət daşıyırlar. İnvestisiya fəaliyyətinin həyata keçirilməsi
zamanı yaranan mübahisələrə müvafiq olaraq məhkəmə, arbitraj məhkəməsi və ya
münsiflər məhkəməsi baxır.
Məlum olduğu kimi, biznes mühitinin ən mühüm şərtlərindən
biri vergi rejimi ilə bağlıdır. Vergi münasibətləri 1 yanvar 2001-ci il tarixdən
qüvvədə olan “Azərbaycan Respublikasının Vergi Məcəlləsi” ilə tənzimlənir. Qeyd
etmək lazımdır ki, son illərdə vergilərin sayı, sosial sığorta ödənişləri xeyli
azaldılmışdır. 1998-ci ildən etibarən vergi dərəcələri ardıcıl olaraq
endirilir. Misal olaraq aşağıdakıları göstərmək olar:
• müəssisə və təşkilatların mənfəətindən vergi
tutulmasının proqressiv sistemindən proporsional sisteminə keçilməsi və bu vergi
növü üzrə vergi dərəcələrinin tədricən 35%-dən 24%-ə endirilməsi, ƏDV-nin dərəcəsinin
28%-dən 18%-dək azaldılması, bir sıra vergilərin ləğv edilməsi, fiziki şəxslərin
gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddinin 55%-dən 35%-ə
endirilməsi;
• sosial sığorta ayırmalarının 40 faizdən 25 faizədək
aşağı salınması;
• Vergi Məcəlləsinin qüvvəyə minməsilə vergilərin
ümumi sayının 15-dən 9-dək azaldılması;
• kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul
olan sahibkarların 2014-cü ilə qədər torpaq vergisi istisna olmaqla digər
vergilərdən azad edilməsi;
Bununla yanaşı vergi idarəçiliyi təkmilləşdirilmiş,
yoxlamaların sayı əhəmiyyətli dərəcədə azaldılmış, sahibkarlığın inkişafına
mane olan müdaxilələrin qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata
keçirilmişdir. Azərbaycan Hökuməti bir sıra xarici ölkələr ilə ikiqat vergi
tutmanın aradan qaldırılması və investisiyaların təşviqi və qarşılıqlı
qorunması haqqında sazişlər imzalamışdır.
Qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən
biri kimi dövlət proqramlarında, o cümlədən “2003-2005-ci illər üzrə
yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nda,
2002-2005-ci illər üzrə “Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üzrə
Dövlət Proqramı”nda, “2004-2007-ci illər üçün Dövlət İnvestisiya Proqramı”nın
layihəsində, habelə “2004-2008-ci illər üçün “Azərbaycan Respublikası
Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nda öz əksini
tapmışdır.
Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və
bu istiqamətdə dövlət himayəsinin göstərilməsi üzrə mühüm tədbirlərdən biri də
2002-ci ildə aparıcı xarici və yerli iş adamlarının daxil olduğu Azərbaycan
Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması olmuşdur.
Sahibkarlar Şurası ölkədə biznes mühitinin yaxşılaşdırılmasında, bu sahəyə dövlət
qayğısının artırılmasında, mövcud problemlərin vaxtaşırı təhlil edilərək
müvafiq tədbirlərin görülməsində böyük rol oynayır. Azərbaycan Hökumətinin
müraciəti ilə Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi əsasında Dünya
Bankının Xarici İnvestisiyalar üzrə Məsləhət Xidməti (FIAS) Azərbaycanda
investisiya mühitinin monitorinqini aparmış və mühitin daha da
yaxşılaşdırılması məqsədilə birgə tədbirlər planı müəyyənləşdirilmişdir. Həmin
tədbirlərin icrası istiqamətində atılmış ilk addımlardan biri də Azərbaycanda
İnvestisiyaların Təşviqi və Məsləhət Fondunun təsis edilməsi idi. Eyni zamanda
Dünya Bankının ekspertləri ilə birgə «İnvestisiya fəaliyyəti haqqında» və
«Xüsusi İqtisadi Zonalar haqqında» qanun layihələri hazırlanmışdır.
«İnvestsiya
fəaliyyəti haqqında» yeni qanun hazırda qüvvədə olan «İnvestisiya fəaliyyəti
haqqında» və «Xarici investisiyaların qorunması haqqında» iki qanunu əvəz edəcək.
Bu iki mövcud qanunlardan fərqli olaraq yeni layihə beynəlxalq təcrübənin ən
mükəmməl elementlərini özündə əks etdirir. Digər ölkələrin bu sahədə olan təcrübəsini
əsas götürərək qanun layihəsinə investisiyaların qorunması, investisiya fəaliyyəti
zamanı yaranan mübahisələrin həlli və digər həlledici prinsipial məsələlər ilə
bağlı yeniliklər daxil edilib. Belə bir təcrübə artıq Qazaxıstanda və
Belarusiyada istifadə olunmuşdur. Qazaxıstanda investisiya fəaliyyəti 27 dekabr
1994-cü ildə qəbul olunmuş “Xarici investisiyalar haqqında” və 28 fevral
1997-ci ildə qəbul olunmuş “Dövlətin birbaşa investisiyaları müdafiəsi
haqqında” qanunlar əsasında tənzimlənirdi. 8 yanvar 2003-cü ildə qəbul olunmuş
“İnvestisiyalar haqqında” qanun isə Qazaxıstanın əlverişli investisiya mühiti
formalaşdırmasının və ölkə iqtisadiyyatına xarici investisiyaları cəlb etməsinin
yeni sübutu idi. Bu qanunun əsas xüsusiyyəti həm yerli, həm də xarici
investorlar üçün bərabər şərtlərin, vahid zəmanətin və imtiyazların verilməsidir.
Qanun həm də yuxarıda göstərilən qanunları əhatə etdiyindən iki hissədən ibarətdir.
Birinci hissə investisiyaların hüquqi tənzimlənməsini, ikinci hissə isə dövlətin
investisiyaları müdafiəsi ilə bağlı münasibətlərin tənzimlənməsini müəyyən
edir.
Belarusiyada 9 oktyabr 2001-ci ildən qüvvəyə minmiş
İnvestisiya Kodeksi təkcə “Xarici investisiyalar haqqında” və “Belarusiya
Respublikası ərazisində investisiya fəaliyyəti haqqında” qanunları birləşdirmədi,
həm də investisiya fəaliyyətini tənzimləyən yeni normaları müəyyən etdi. Bu
qanunda da yerli və xarici investorlara bərabər hüquqi şərtlərin və zəmanətlərin
verilməsi nəzərdə tutulmuşdur. İnvestisiya fəaliyyəti əsasən yüksək
texnologiyalı xalq təsərrüfatı məhsullarını istehsal edən sahələrə yönəldilir.
Kodeks belə istehsalın dövlət tərəfindən himayə edilməsinin əsasını təşkil edən
normaları da müəyyən etmişdir. Beləliklə,
Kodeksdə innovasiya istiqamətli sənaye sektorunun himayə edilməsi təsbit
olunmuşdur.
İndi Azərbaycanda həyata keçirilən investisiya
siyasətinin mahiyyəti dövlət sərmayələrinin əsasən infrastrukturlara yönəldilməsindən,
investisiya layihələrinin özəl qurumların, xüsusilə xarici investorların
hesabına həyata keçirilməsindən ibarətdir. İndi ölkəmizdə formalaşmış ümumi
sosial-iqtisadi vəziyyət sahəvi və regional inkişaf dövlət investisiyalarından
qeyri-neft sənaye sektorunun prioritet sahələrində və aqrar bölmədə daha böyük
həcmdə istifadə olunmasını tələb edir.
Deməli, dövlət investisiyalarından bütün sahələrdə
istifadə olunması düzgün deyil. Bu investisiyaların ancaq prioritet sahələrdə və
regionlarda istifadəsi daha çox səmərə verə bilər. Çünki hazırda ölkənin 10
iqtisadi zonasından 9-u Dövlət büdcəsindən dotasiya alır. Hətta Yevlax, Gəncə,
Şirvan, Lənkaran və Şəki kimi şəhərlərin yerli büdcə gəlirləri onların xərclərindən
5-6 dəfə azdır. Belə olan halda regionları dotasiya hesabına saxlamaq əvəzinə,
həmin dövlət vəsaitlərini regionlardakı mövcud müəssisələrin bərpasına, yenilərinin
inşasına yönəltmək daha düzgün olardı. Bu mənada Azərbaycan Prezidentinin
"İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında" 30 mart
2006-cı il tarixli sərəncamı dövlət investisiyalarının iqtisadiyyatın
qeyri-neft sahələrində istifadəsinin genişləndirilməsi məqsədilə imzalanmışdır.
Fərmana əsasən yaradılan "Azərbaycan
İnvestisiya Şirkəti"nin nizamnamə kapitalı Dövlət Neft Fondunun hesabına
formalaşdırılmışdır. Şirkət ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət
göstərən kommersiya təşkilatlarında iştirak payı və səhm almaqla, onların maddi
və texnoloji bazasının yeniləşdirilməsinə müddətli investisiya qoyur. Bundan əlavə,
dövlət müəssisəsi hesab olunan şirkət kommersiya təşkilatlarının idarəetmə
orqanlarında iştirak etmə, bu və ya digər qərarlara veto hüququna malikdir. Həmçinin
şirkət öz payına mütənasib divident də ala bilər. Yeri gəlmişkən deyək ki, dövlət
investisiyalarının idarə olunmasında ilk dəfə tətbiq edilən bu mexanizm İngiltərədə
geniş istifadə olunur. Burada müddətli investisiyalar divident almaq şərtilə
dövlətə məxsus olan müəssisələrə də qoyulur. Bununla belə, şirkətin istehlak
malları istehsal edən və nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərinə
investisiya qoyması da məqsədəuyğun olar.
Beynəlxalq təcrübə və iqtisadi nəzəriyyə də göstərir
ki, dövlətin investisiya siyasəti zaman-zaman dəyişir və ölkədə yaranmış
iqtisadi durumdan asılı olaraq müəyyən edilir. Məsələn, ABŞ-da XX əsrin 30-cu
illərində dövlət öz vəsaiti hesabına rezervasiyalar yaratmış, işsiz insanları
oraya toplamış, işlə təmin etmişdir. Hökumət əsas kənd təsərrüfatı məhsullarına
qiymətlərin aşağı həddini müəyyən etmiş, kommersiya banklarını bağlayaraq
yoxlamalar təşkil etmiş, qanunsuz əməliyyatlara yol vermiş bankların fəaliyyətinə
icazə verməmişdir.
Sonrakı 30 ildə dövlətin iqtisadi proseslərə
müdaxiləsi zəifləmişdir. Ötən əsrin 60 və 80-ci illərində dövlət yenidən
iqtisadiyyata müdaxiləsini genişləndirmişdir. Hazırda isə maliyyə böhranı ilə əlaqədar
olaraq dövlət yenə də ölkəni çətin vəziyyətdən qurtarmaq üçün tədbirlər paketi
hazırlamış və bunun üçün 700 milyard dollar vəsait ayırmışdır.
1950-1960-cı illərdə Türkiyədə Adnan Menderes hökuməti
zamanı dövlətin pul gəlirləri kənd təsərrüfatına yönəldilmiş və bu sektora
vergi güzəşti edilmişdir. Bu səbəbdən aqrar sektor güclü inkişaf etmiş, sənayenin
xammal bazasına çevrilmiş, inkişaf etmiş emal sənayesi yaradılmışdır. XX əsrin
60-70-ci illərində isə Cənubu Koreyada iqtisadiyyata kapital qoyuluşunun ümumi
həcmində dövlət bölməsinin payı 90 faizə çatırdı. Bu cür misalları çox gətirmək
olar. Bu mənada Azərbaycanın indiki inkişaf mərhələsində xalq istehlakı
malları, kənd təsərrüfatı maşınları, yol və tikinti maşınları, gübrə istehsalı,
kənd təsərrüfatının və emal sənayesinin bəzi sahələri, habelə Naxcıvan MR, Gəncə-Qazax,
Lənkəran və Mərkəzi Aran iqtisadi rayonları milli prioritet sahələr və
regionlar elan oluna bilərlər.
İnvestisiya qoyuluşlarının sahələrarası
strukturunun təhlili investisiyaların yönəldilməsi istiqamətindəki müsbət və mənfi
cəhətləri aydın şəkildə görməyə imkan verir. İnvestisiyaya ehtiyacı olan və
daha çox iqtisadi səmərə verə biləcək sahələrin müəyyənləşdirilməsi baxımından
da bu təhlil xüsusi maraq doğurur. Həmçinin illər üzrə investisiya
qoyuluşlarında baş verən dəyişikliklərin dinamikası, daxili və xarici
investisiyaların yönəldilməsi istiqamətləri və həcmi və bir sıra digər məsələlər növbəti paraqrafın təhlil obyekti olacaqdır.
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının
istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 2016-2020-ci illər ərzində
həyata keçirilməsi hesabına ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla,
rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı
sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin
yaradılması üçün aşağıdakı strateji hədəfin
reallaşdırılması nəzərdə tutulur:
Ø
Aqrar
sahəyə investisiya qoyuluşlarının təşviq edilməsi
Ø
Kənd
təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi,
aqrar sığortanın inkişaf etdirilməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviq
edilməsi;
Ø
İnkişaf
etməkdə olan, o cümlədən də zəif inkişaf etmiş ölkələr kənd təsərrüfatı və ərzaq
məhsulları istehsalının həcminin artırılması çağırışını reallaşdırmaq üçün kənd
təsərrüfatına, bundan daha çox isə bu sahə ilə bağlı istiqamətlərə investisiya
qoyuluşunun həcminin artırılması
Ø
inzibati
rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin hazırlanması;
Müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün
1170 milyon manat investisiya tələb olunur. Dövlət Strategiyasında nəzərdə
tutulan tədbirlərin icrasının dövlət büdcəsi, büdcədənkənar fondlar; Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri
və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri; Sahibkarlığa
Kömək Milli Fondunun vəsaiti, Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti; yerli
büdcələr, mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların
vəsaitləri, birbaşa xarici investisiyalar, qiymətli kağızlar, o cümlədən səhm və
istiqrazlar, törəmə maliyyə alətləri; yerli kreditlər və qrantlar, beynəlxalq təşkilatların
və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımı, qanunvericiliklə
qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Tələb olunan maliyyə vəsaitinin böyük hissəsi mövcud büdcələrin
restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə
səyləri ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
Azərbaycanda aparılan islahatlarin məqsədli dövlət
proqramlari vastəsi ilə həyata kecrilməsini xarakterik xüsusiyyətlərindən və
üstünlüklərindən biri ondan ibarət olmuşdur ki, kənd təsərrüfatında torpaq sahələri
ilə yanaşı bütün əmlak və texnika da özəlləşdirilərək sahibkarlara verilmiş və
beləliklə onların səmərəli fəaliyyət göstərməsi üçün daha əlverişli imkanlar
açılmışdır.Aqrar islahatların uğurla həyata keçirilməsi ilə əlaqədar olaraq
qarşıda duran ən mühüm problemlərdən biri əmlakın özəlləşdirilməsinin səmərəli
aparılması olmuşdur. Bu sahədə də ölkədə tələb olunan normativ-hüquqi baza
yaradılmış və əmlak qarşıda qoyulan məqsədə uyğun formada özəlləşdirilmiş və
sahibkarlara vermişdir. Son vaxtlar Azərbaycanda bazarın tələblərini ödəyən
aqrar emal sənayesində yüksək gəlir gətirə bilən, mütərəqqi keyfiyyət və
struktur dəyişilikləri yarada bilən iri miqyaslı kapital qoyuluşlu layihələrin
həyata keçirilməsinə başlanmışdır. Reginların sosial-iqtisadi inkişafı Dövlət
Proqramlarına uyğun olaraq ölkədə ən yerli texnologiyalar əsasında tikilən və
yenidən qurulan kənd təsərrüfatı məhsullarının emal müəssisələri iri miqyaslı
kapital qoyuluşu ilə başa gəlir. Bu layihələrdə xarici investorlar,
Sahibkarlığa Kömək Milli Fondu, Milli İnvestisiya Şirkəti, yerli iş adamları və
s. ilə tərəfdaşlıq edirlər. Bu təcrübə göstərir ki, Azərbaycan ölkə daxili və
xarici investorlar üçün etibarlı tərəfdaş olmaqla yanaşı dünya ölkələri
arasında reytinqi yüksək olan dövlətdir.İstehsalçıların hüquqlarının qorunması,
əhalinin keyfiyyətli ərzaq, kənd təsərrüfatı məhsulları, məhsul və xidmətlərlə
təminatı, istehlak bazarının təhlükəli və normativ dövlət sənədlərinin tələblərinə
uyğun olmayan məhsullardan qorunması dövlət siyasətinin tərkib hissəsidir.
2016-cı ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət
Nəzarəti Xidməri tərəfindən 47 istehsal müəssisəsində yoxlama aparılmış, 20
sahibkarlıq subyektinə normativ sənədlərin tələblərinə cavab verməyən məhsul
istehsal olunduğu üçün istehsal və satışın qadağan olunması barədə tələbnamə
verilmişdir.
Son illərdə regionlarda tikilib istifadəyə verilmiş
aqrar emal komplekslərinin təcrübəsi göstərir ki, qloballaşan dünya ərzaq təhlükəsizliyi
çərçivəsində ixrac yönümlü qida məhsulunun istehsalına, sertifikatlaşdırmasına
və dünya bazarlarına çıxarılmasına yeni texnologiya ilə işləyən Ağcabədidə
“Atena” süd emalı şirkəti, Ağsuda “AzQranata” MMC, Qazaxda “Azərsun Holdinq”
şirkətinin meyvə konserv zavodu, Ağstafa “Aqroservis” MMC kimi avropa ölkələrində
istehsal olunmuş müasir zavod kompleksi lazımdır. Bu komplekslərin tikilib başa
gəlməsi 50-60 milyon manatdan çox investisiya tələb olunur. Regionlarda fəaliyyət
göstərən sahibkarların maliyyə imkanları məhduddur, kommersiya bank qurumları
üçün yüksək məbləğdə kreditlərin verilməsi risklidir. Bunu nəzərə alaraq ikinci
Dövlət Proqramında planlaşdırılmış kənd təsərrüfatı və aqrar sənaye obyektələrinin
maliyyələşdirmə mənbələri sırasında əməkdaşlıq qaydasında dövlət büdcəsinin,
xarici investorların, Sahibkarlığa Kömək Milli Fondunun, milli sərmayədarların,
sahibkarların öz vəsaitlərindən istifadə olunması da istisna deyil. Aqrar
sferada investisiya imkanlarının artması, aqrar bazarın keyfiyyətcə yeni mərhələyə
qalxması, ölkənin ərzaq təminatında iqtisadi mexanizmlərdən səmərəli istifadə
olunmasının rolunu göstərir.Hazırda iri həcmli investisiya layihələrinin həyata
keçirilməsində kənd təsərrüfatının istehsal sahələrinin daxili və xarici
bazarın tələbləri baxımından təhlil edilir, prioritet sahələr müəyyən edilir, rəqabət
qabiliyyətli, yüksək səmərə verə biləcək sahələrin potensial imkanlarına uyğun
olaraq kapital qoyuluşuna önəm yaradılır. Davamlı inkişafa aparan bu münasibətin
böyük perspektivi və əhəmiyyəti ondadır ki, təsərrüfatlarda uzun müddətli
inkişaf hədəfləri əldə edir, işçilərin əmək haqları artır, əhalinin ərzaq təminatı
artmaqla keyfiyyətcə yaxşılaşır, layihəyə sərf edilən vəsaitin səmərəli xərclənməsi
təmin olunur. Regionlarda dövlət və özəl maliyyə partnyorluğu əsasında
yaradılan aqrar biznesin sürətli inkişafının sosial-iqtisadi əhəmiyyəti vardır:
1. Dayanıqlı istehsal mühiti yaranır, regionların
inkişaf səviyyəsi tarazlaşır;
2. Əhali yerli keyfiyyətli ərzaq məhsulları ilə
etibarlı olaraq təmin olunur;
3. Kənd təsərrüfatı məhsullarının istehsalçıları kəndli
(fermer), ailə təsərrüfatları istehsal etdikləri məhsulları münasib qiymətə,
müqavilə əsasında satmaq imkanı əldə edir, onların mənfəəti artır;
4. Regionlarda məşğulluq səviyyəsi yüksələrək kənd əhalisi
daimi iş yeri ilə təmin olunur və yoxsulluq səviyyəsi aşağı düşür;
5. ÜDM həcmi artır, dövlət büdcəsinə əlavə gəlir
daxil olur;
6. Yüksək keyfiyyətli, rəqabətədavamlı ixrac məhsullarının
çeşid və kəmiyyəti artır;
7. Kənd yerlərində yüksək ixtisaslı mütəxəssis
kadrlarr formalaşır; 8. Şəhər və kənd yerlərində yaradılmış istehsal və sosial
infrastrukturlar qorunub saxlanılır
İSTİFADƏ
EDİLMİŞ ƏDƏBİYYAT
Azərbaycan
dilində
1.
“Xarici
investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı şəhəri,
15 Yanvar 1992-ci il
2.
“İnvestisiya
fəaliyyətinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı şəhəri,
13 Yanvar 1995-ci il
3.
“İnvestisiya
fondları haqqında” Azərbaycan Respublikasının Qanunu 30 Noyabr 1999-cu il
4.
Azərbaycan
Respublikasının Vergi Məcəlləsi
5.
“Azərbaycan
Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”
6.
Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” 14 aprel 2009-cu il
7.
“İnvestisiyalar haqqında” Qazaxıstan Respublikasının Qanunu, 8 yanvar 2003-cü il
8.
“Xarici investisiyalar haqqında” Qazaxıstan Respublikasının Qanunu, 27 dekabr 1994-cü il
9.
“Dövlətin birbaşa investisiyaları müdafiəsi
haqqında” Qazaxıstan Respublikasının Qanunu, 28 fevral 1997-ci il
10.
“Müştərək
(kollektiv) investisiya institutları haqqında (paylı və korporativ investisiya
fondları)” Ukrayna Respublikasının Qanunu 2001-ci il
11.
Əhmədov,
İ.V., (2016), “Kənd təsərrüfatının idarə edilməsi”.,Bakı, “eLM”,-356 səh
12.
Qarayev,
İ.Ş., (2011), “Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi.”, Bakı, “Azərnəşr”,
-412 səh
13.
Qasimov,Ə.C.,(2015),
“ Kənd təsərrüfatının iqtisadiyyatı”, Bakı,”Günəş”, -289 səh
14.
Salahov.S.V., 2014 Aqrar sahənin dövlət tənzimlənməsi problemləri,
Bakı “Elm”,- 504 səh,
15.
Azərbaycan
Respublikasında qeyri-neft sektorunun investitisiya potensialı: ilkin nəticələr,
problemlər və perspektivlər. Beynəlxalq elmi-praktiki konfransın materialları,
Bakı: 2017. 345 səh
16.
Babayev F.
F. (2017) “Aqrar sektorda investitisiya qoyuluşu və onun stimullaşdırılması məsələləri”
(monoqrafiya) Bakı, “Azərb. Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyatı və Təşkili
İn-tu” - 345 səh
17.
Bayramov.A.M Azərbaycanda aqrar sektorunun inkişafı
kaital axınının artırır, yeni iş yerlərinin yaranmasına müsbət təsir göstərir //Xalq qəzeti, .-2018.- 26 noyabr.
18.
Cahangirov P. H. (2018) “Müasir şəraitində aqrar
sektorunun investitisiya potensialının formalaşdırılması amilləri”,
(monoqrafiya) Azərb. Elmi-Tədqiqat Kənd
Təsərrüfatının İqtisadiyyatı və Təşkili İn-tu. Bakı, - 198 səh
19.
Əliyev V. N. (2015) “Bankların aqrar
sektorda investisiya cəlbediciliyini tənzimlənməsi problemləri” //İqtisadiyyat.-2018.- 6-10 may. s.3-5
20.
Əsgərov R. A. (2016) Azərbaycanın qeyri-neft
sektoruna investisiya qoyuluşu və onun tənzimlənməsi, (monoqrafiya) Bakı, “Azərb. Dövlət İqtisad
Un-ti” - 203 səh
21.
Hacıyev, F.Ş Azərbaycanda strateji yol xəritələrinin
gerçəkləşməsində investisiya cəlbediciliyinin təhlili və inkişaf perspektivləri,
//İqtisadiyyat.-2017.- 4-10 may. s.11-16
22.
Məmmədov İ. N. , Abbasov A. F.. (2016) “Qeyri-neft sektorunun inkişaf istiqamətləri
“(monoqrafiya) Bakı:
“Apastroff”, - 248 səh
23.
Mustafayev S.A, “Aqrar sektorda investitisiya
qoyuluşunun qanunvericilik bazasının formalıaşması” //Mövqe2018.- 27 dekabr.
İnternet
resursları